IQNA

İraqda tələbələr üçün 9-cu Milli Qrup Qurani Müsabiqəsi keçiriləcək

13:25 - October 10, 2025
Xəbər sayı: 3499008
İQNA - İraqdakı universitet tələbələri üçün nəzərdə tutulan 9-cu Milli Qrup Qurani-Kərim Müsabiqəsi İmam Hüseyn (ə) Hərəminin “Darul-Quran” idarəsinin təşəbbüsü və Kərbəla Universitetinin İslam Elmləri Fakültəsinin əməkdaşlığı ilə keçiriləcək.

“İQNA”-nın İraq şöbəsinin verdiyi xəbərə görə, İmam Hüseyn (ə) Hərəminin Darul-Quran idarəsindən bir heyət, ölkə universitetləri səviyyəsində keçiriləcək 9-cu Milli Qrup Qurani-Kərim Müsabiqəsinin təşkilat və hazırlıq məsələlərini müzakirə etmək məqsədilə Kərbəla Universitetinə səfər edib.

Darul-Quranın informasiya mərkəzinin müdiri Visam Nəzir əd-Dilfi bu barədə bildirib: “Heyət Kərbəla Universitetinin rektoru Sabah Vacid Əli və bu universitetin İslam Elmləri Fakültəsinin dekanı Məhəmmədhüseyn ət-Tai ilə görüş keçirib.”

O əlavə edib: “Görüş zamanı Hüseyniyyə Hərəminin Darul-Quran idarəsi və Kərbəla Universitetinin İslam Elmləri Fakültəsinin birgə əməkdaşlığı ilə təşkil olunacaq müsabiqənin təşkilati və texniki cəhətləri müzakirə edilib. Həmçinin onun 2025-ci il noyabrın 23-də başlanaraq ardıcıl üç gün davam edəcəyi barədə razılıq əldə olunub.”

Səfərin sonunda İmam Hüseyn (ə) Hərəminin Darul-Quran idarəsinin heyəti, Kərbəla Universitetinin rektoruna iki tərəf arasında ortaq Qurani fəaliyyətlərə göstərdiyi davamlı dəstəyə, habelə əvvəlki Quran mərasim və müsabiqələrinin uğuruna verdiyi töhfələrə görə təşəkkür və təqdir lövhəsi təqdim edib.

4309851

Teqlər: İraq ، quran ، müsabiqə ، kərbəla
captcha