“İQNA”-nın verdiyi xəbərə görə, “əl-Vətən” bu barədə hazırladığı reportajda yazıb:
Fələstinli gənc Xalid Sultan, sevinc və kədərin qarışığı olan duyğularla dolu gözləri, bir az qorxu və sürətlə döyünən ürəyi ilə, işğalçı qüvvələr tərəfindən vəhşicəsinə dağıdılmış evinin xarabalıqlarına yaxınlaşdı.
Ayaqları dağıntıların arasında sürüşür, bir vaxtlar xatirələrinin və arzularının məkanı olan evinin qalıqlarına baxır, uşaqlıq xatirələrini, ailəsi ilə keçirdiyi isti gecələri, dağıdılmış otağının xırda detalları arasında axtarırdı. Birdən, Xalidin öz ifadəsilə desək, Allahdan bir ismarıc aldı.
«فَاسْتَبْشِرُوا بِبَيْعِكُمُ الَّذِي بَايَعْتُمْ بِهِ وَذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ»
“Beləliklə, Allahla etdiyiniz bu alverə sevinin! Bu, ən böyük qələbədir.”
(Tövbə surəsi, 111-ci ayə)
Xalid, bu ayəni tamamilə dağıdılmış evinin xarabalıqları altında açılmış Quran səhifələrində gördü və ucadan tilavət etdi.
O, bu ayəni ilahi bir mesaj hesab edir və inanırdı ki, fələstinlilərin evləri və yaxınları uğrunda çəkdikləri əzab və fədakarlıqlar bihudə deyil — bu yol böyük qələbəyə aparan bir yoldur.
Bu sözlər, ikiillik Qəzza müharibəsinin dağıntıları arasında ümid axtaran gənc fələstinlinin qəlbinə dərin təsir göstərdi.
Xalid, təmamilə torpaq yığınına çevrilmiş evini təsvir edərək dedi:
“Evimiz dağıdılıb...”
Lakin o, ümidsizliyə qapılmadı. Dağıdılmış divarlarının qalıqlarına baxaraq, əllərini Allaha şükr nişanəsi kimi qaldırdı və dedi:
“Ey Allahım, evimiz... Sənə şükürlər olsun! İnanmıram ki, evimə qayıtmışam. Qəzza zolağının şimalında yerləşən evimiz dağıdılıb və viran edilib, amma ora qayıtmaq mənə böyük sevinc gətirdi. Mənim üçün bu, dünyanın bütün saraylarından daha dəyərlidir.”
4310693