Xəbər portalı “Əl-Xəlic Online”ın məlumatına görə, Oman müftisi Şeyx Əhməd əl-Xəlili “X” platformasındakı paylaşımında yazıb:
“Biz dinini və ümmətini ucuz qiymətə satan və hələ də mücahidləri təqib edən xəyanətkarları gördükcə təəccüblənirik ki, guya ağalarının edə bilmədiyini onlar bacaracaq! Onların mükafatı yalnız rüsvayçılıq və alçaqlıq oldu.”
O əlavə edib: “Biz igid döyüşçülərdən xahiş edirik ki, bu şəxslərin heç birini unutmasınlar; çünki onlar cəmiyyət üçün bir mikrob və xəstəlik kimidirlər.”
Bazar ertəsi günü Fələstin mediası və xəbər platformaları bildirdilər ki, müqavimət Qəzza şəhərində “işğal agentləri və cinayətkarlar” adlandırdıqları şəxslərin edamlarını həyata keçirib.
Mənbələrin məlumatına görə, Qəzza müqavimətinin təhlükəsizlik qüvvələrinə bağlı “Radə” qüvvələri Qəzza zolağının müxtəlif bölgələrində geniş təhlükəsizlik əməliyyatlarını davam etdirir. Bu əməliyyatlar nəticəsində çox sayda “agent və cinayətkar” saxlanılıb.
Bu şəxslər sionist rejimin əmri ilə aclıq içində olan fələstinliləri humanitar yardım paylama məntəqələri yaxınlığında güllələmək tapşırığı alıblar.
Qeyd edək ki, 2023-cü ilin 7 oktyabrına təsadüf edən tarixdən bəri sionist rejimin Qəzza zolağına geniş hərbi təcavüzü zamanı bu rejimin əsas taktikasından biri müqavimətin daxili cəbhəsini zəiflətmək üçün muzdlulardan və daxili nüfuz şəbəkələrindən istifadə etmək olub. Bu taktika sahə məlumatlarını toplamaq, təhlükəsizliksizlik yaratmaq, ictimai həmrəyliyi sarsıtmaq və işğalçı rejimin hərbi əməliyyatlarını asanlaşdırmaq məqsədi daşıyıb.
4310840