IQNA

İtaliyalı azarkeşlərin “dünyanın ən təhlükəsiz oyunu”nda saxta rejimin himninin səsləndirilməsinə etirazı

10:42 - October 16, 2025
Xəbər sayı: 3499041
İQNA - İsrail rejiminə qarşı çıxan çox sayda Fələstin tərəfdarı italyan etirazçı, İtaliyanın Udine şəhərində yerləşən “Bluenergy” stadionunun qarşısında – İtaliya ilə İsrail yığmaları arasında keçirilən oyunun məkanında – bu rejim və onun komandası əleyhinə şüarlar səsləndirib. Kütləni nəzarət altına almaq üçün İtaliya polisi xüsusi avadanlıqlardan istifadə etməli olub.

 

“İQNA”-nın “Al-Arabi”yə istinadən verdiyi xəbərə görə, İtaliya və İsrail milli komandaları arasında Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunun əvvəlində İsrail rejiminin himni səsləndirilərkən, stadiondakı italyan azarkeşlər “hu” səsləri və etiraz qışqırıqları ilə buna cavab veriblər. Stadionun xaricində isə minlərlə Fələstin tərəfdarı Udine şəhərində toplaşaraq etiraz aksiyası keçirib və polis qüvvələri onlarla toqquşub.

Minlərlə Fələstin tərəfdarı çərşənbə axşamı günü İtaliya millisinin İsrailə qarşı oyunu ərəfəsində Udine şəhərində (şimal İtaliya) yürüş təşkil edib.

Polisin ilkin hesablamalarına görə, 5000-dən çox insan bu yürüşdə iştirak edib. Onlar oyunun başlanmasına bir neçə saat qalmış – saat 20:45-də (18:45 GMT) keçiriləcək qarşılaşmadan öncə şəhər mərkəzindən Friuli stadionuna doğru yürüyüblər.

Yürüşün təşkilatçısı olan Udine Fələstin Komitəsi, FIFA-ya müraciət edərək İsrailin bütün yarışlardan kənarlaşdırılmasını tələb edib və bildirib ki, bu komanda Fələstin torpaqlarındakı “işğalçı siyasəti” dəstəkləyir.

Etirazçılar 18 metr uzunluğunda Fələstin bayrağı və üzərində “İsrailə qarşı qırmızı kartdan istifadə edin” yazılmış böyük qırmızı banner daşıyıblar.

درگیری پلیس ایتالیا با حامیان فلسطین پیش از برگزاری مسابقه فوتبال

Aksiyada ədalət simvolu olan bir metal heykəl də olub – heykəlin bir əlində tərəzi, digərində isə qırmızı kart var idi.

Etirazçılardan biri, Valentina Bianchi, deyib:

“Burada atəşkəs var, sülh yox. Və plakatımda da yazdığım kimi, ədalət olmadan sülh olmaz.”

Yayılan görüntülərdə görünür ki, İtaliya polisi nümayişçiləri dağıtmaq üçün yaşartıcı qaz və su şırnaqlarından istifadə edib, həmçinin bir neçə nəfəri saxlayıb. Etirazçılar isə buna fişənglərlə cavab veriblər.

Udine bölgəsinin meri bəyanatında bildirib: “Bu axşam baş verənlər qəbuledilməzdir. Şəhərimiz nümayişin sonunda küçələrdə baş verən zorakılığı qətiyyətlə pisləyir.”

4310865

captcha