IQNA

İraqda keçirilən “Ən-Nur” Beynəlxalq Quran Müsabiqəsinin qalibi olan universitetlərə təltifetmə mərasimi keçirilib

10:19 - October 18, 2025
Xəbər sayı: 3499050
İQNA - İraqda “Əl-Əmid” Universitetində beynəlxalq səviyyəli “Ən-Nur” universitetlərarası Quran müsabiqəsində seçilən universitetlər və münsiflər heyətinin üzvləri ilə bağlı təltif mərasimi keçirilib.

“Əl-Kəfil” xəbər agentliyinin verdiyi məlumata görə, bu müsabiqə İraqın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Tələbə Fəaliyyətləri İdarəsinin Elmi Nəzarət və Qiymətləndirmə Xidmətinin təşəbbüsü və Müqəddəs Həzrət Abbas (ə) Hərəminin dəstəyi ilə 11–15 oktyabr tarixləri arasında təşkil olunub.

Təltifetmə mərasimi ölkə səviyyəsində səkkiz qabaqcıl İraq universitetinin və beynəlxalq səviyyədə üç nüfuzlu universitetin uğurlu çıxış və fəal iştiraklarına görə mükafatlandırılmasını əhatə edib.

Bundan əlavə, müsabiqənin uğurlu keçirilməsi və iştirakçıların ədalətli qiymətləndirilməsində göstərdikləri səylərə görə münsiflər heyətinin üzvlərinə də təşəkkür bildirilib.

Tədbirdə Müqəddəs Həzrət Abbas (ə) Hərəminin Quran Elmləri Elmi Məclisinin nümayəndələri, “Əl-Əmid” Universitetinin rəhbərliyi, Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin təmsilçiləri, iştirakçı universitetlərin nümayəndələri, həmçinin bir sıra ustad və tələbələr iştirak ediblər.

Müsabiqənin bağlanış mərasimi beynəlxalq tələbələr arasında keçirilən imtahan və yekun nəticələrin açıqlanması ilə müşayiət olunub. Nəticədə səkkiz İraq universiteti və üç beynəlxalq universitet müxtəlif sahələr üzrə qalib elan edilib.

Müsabiqə ölkə üzrə səkkiz birinci İraq universitetinə “mükəmməllik heykəlciyi”, həmçinin üç beynəlxalq universitetə xüsusi fəaliyyətlərinə və bu böyük Quran tədbirində fəal iştiraklarına görə “təqdir heykəlciyi”nin təqdim olunması ilə başa çatıb.

4311210

Teqlər: İraq ، universitet ، quran ، müsabiqə ، Tələbə
captcha