“Middle East News”-in verdiyi xəbərə görə, İmam Musa Sədrin ailəsi bəyan edib ki, Hənnibal Qəzzafinin azadlığa buraxılmasından təəccüblənsələr də, məhkəmə orqanlarının qərarlarına müdaxilə etməyəcəklər.
Sədr ailəsi bəyanatında vurğulayıb ki, onlar Hənnibal Qəzzafinin azadlığa buraxılmasının əleyhinədirlər, çünki o, İmam Musa Sədr, Məhəmməd Yaqub və Seyid Abbas Bədrəddinin qaçırılması və yoxa çıxması hadisəsində məlumatlı və iştirakı olmaqda ittiham edildiyi vaxtdan bəri heç nə dəyişməyib. O, hələ də İmam Musa Sədr və yoldaşlarının harada saxlanıldığına dair məlumat verməkdən imtina edir və bu məlumatlar onların tapılmasına kömək edə bilərdi.
İmam Musa Sədrin ailəsi bəyan edib ki, indiyədək məhkəmə qərarlarına müdaxilə etməyiblər və indi də Hənnibal Qəzzafinin azadlığa buraxılması ilə bağlı qərara qarışmayacaqlar, baxmayaraq ki, bu qərardan təəccübləniblər.
Bəyanatda daha sonra deyilir: “Hənnibal Qəzzafinin həbsdə saxlanılması və ya azad edilməsi bizim əsas məqsədimiz deyil, bu, sırf hüquqi bir məsələdir. Əsas məsələ İmam Musa Sədr və yoldaşlarının itkin düşməsidir və bu işlə bağlı əldə ediləcək istənilən məlumat onların yerinin müəyyənləşdirilməsinə, azad edilmələrinə və həyatlarının qorunmasına kömək edə bilər.”
Qeyd edək ki, cümə günü hakim Zaher Həmadə Hənnibal Qəzzafinin 11 milyon dollarlıq girov qarşılığında azadlığa buraxılması və ölkədən çıxışına qadağa qoyulması barədə qərar çıxarıb.
4311268