Qum vilayətindən olan qari və Həzrət Məsumə (s.ə) hərəmi ilə Cəmkəran məscidinin müəzzini İshaq Abdullahi 15–18 oktyabr tarixlərində Moskvada keçirilən Rusiya beynəlxalq Quran müsabiqəsinin 23-cü turunda Qurani-Kərim tilavəti üzrə birinci yeri qazanıb.
Qumdan "Qarilərin göndərilməsi və dəvəti komitəsi" tərəfindən bu beynəlxalq yarışmada iştirak üçün göndərilən İshaq Abdullahi Qurani-Kərim tilavəti sahəsində birinciliyi əldə edib.
O, ötən il Vəqflər və Xeyriyyə İşləri Təşkilatının təşkil etdiyi Qurani-Kərimin 47-ci ümumdövlət müsabiqəsində kişilər bölməsində “təhqiq oxunuşu” istiqamətində beşinci yeri tutmuşdu.
İshaq Abdullahi Quran müəllimidir və ölkə səviyyəsində keçirilən Bəsic və Qızıl Aypara cəmiyyətlərinin Quran müsabiqələrində birinci yerin qalibidir. Həmçinin o, Həzrət Məsumə (s.ə) hərəminin nümayəndəsi kimi Kərbəla beynəlxalq Quran müsabiqəsinin üçüncü turunda “təhqiq oxunuşu” sahəsində dördüncü yeri qazanıb.
4311492