IQNA

Bağdadda “Qurani-Kərimin mətninin təhrifdən qorunması” mövzusunda konfrans keçirilib

0:42 - October 28, 2025
Xəbər sayı: 3499107
İQNA - “Qurani-Kərimin mətninin təhrifdən qorunması” mövzusunda konfrans 4 noyabrda Bağdadda, Həzrət Əlinin (ə) Hərəminə bağlı Fikri və Mədəni İşlər Şöbəsinin nəzdində fəaliyyət göstərən Darul-Quran bölməsi və Quran İttifaqının əməkdaşlığı ilə keçirilib.

Həzrət Əlinin (ə) Hərəminin Darul-Quran bölməsi Neynəva, Kərkük, Bəsrə, Diyala, Zikar, Səlahəddin, Bağdad, Vasit, Divaniyyə, Müsənna və İraqın digər bölgələrində də bu qəbildən Quran toplantılarını həyata keçirməyə başlayıb.

Proqrama uyğun olaraq Bağdadda keçirilən “Qurani-Kərimin mətninin təhrifdən qorunması” adlı toplantıda Quran araşdırmaları sahəsində çalışan mütəxəssislər və tədqiqatçılar iştirak ediblər.

Toplantıda, o cümlədən İslamın ilk əsrinə aid qədim Quran nüsxələri üzərində Avropadakı xüsusi laboratoriyalarda aparılmış elmi-tədqiqat nəticələrinə dair bir sıra sübut və dəlillər təqdim olunub.

Həmçinin Həzrət Əli (ə) Hərəmi tərəfindən İmam Əliyə (ə) nisbət verilən Quran nüsxəsinin və onun xüsusiyyətlərinin tanıdılması məqsədi ilə başqa bir seminar da təşkil edilib.

Hər iki tədbir iştirakçıların böyük marağı və fəal iştirakı ilə müşayiət olunub, müzakirələr isə proqramın daha da faydalı keçməsinə şərait yaradıb.

Darul-Quran bölməsinin məsulu Əla Muhsin bildirib: “Bu tədbirlərin məqsədi Quran mədəniyyətini genişləndirmək, insanların Quran məfhumları barədə şüurunu artırmaq və Qurani-Kərimin fərd və cəmiyyətin tərbiyəsindəki təsirini daha da gücləndirməkdir. Həmçinin bu proqram dini qurumların əsl Quran dəyərlərinin möhkəmləndirilməsindəki rolunu vurğulayır.”

4313043

Teqlər: bağdad ، quran ، təhrif ، konfrans
captcha