IQNA

Malayziya Quranın düzgün çapına nəzarəti sürətləndirmək üçün süni intellektdən istifadə edir

15:47 - November 01, 2025
Xəbər sayı: 3499127
İQNA - Malayziya Qurani-Kərimin düzgün çapına nəzarəti sürətləndirmək üçün süni intellektdən istifadə edir.

“Bərnama” agentliyinin məlumatına görə, Malayziyada “İTAQ” adlı yeni sistem Qurani-Kərimin çap olunmuş nüsxələrinin düzgünlüyünü daha sürətli şəkildə yoxlamaq üçün süni intellektdən istifadə edəcək.

Malayziya Daxili İşlər Nazirliyi (KDN) bu süni intellekt əsaslı təsdiqləmə sistemini çap edilmiş Quran nüsxələrinin daha dəqiq və operativ şəkildə yoxlanılması üçün istifadəyə verib.

Nazir müavini Şəmsül-Ənvər Nəsarə bildirib ki, bu sistem Qurani-Kərimin çapına nəzarət və lisenziya verilməsi üzrə komitə (LPPPQ) tərəfindən idarə olunur və müasir dövrün mürəkkəb çağırışlarına uyğun olaraq Quran nüsxələrinin düzgünlüyünü yoxlama prosesini gücləndirəcək.

Onun sözlərinə görə, (LPPPQ iTAQ) sistemi kimi yenilikləri həyata keçirməklə, Qurani-Kərimin mətninin orijinallığını təmin etmək və İslam qanunlarına uyğunluğunu qorumaq məsuliyyətini yerinə yetirir.

O əlavə edib: “Bu komitə Qurani-Kərimin müqəddəsliyinin qorunmasında mühüm rol oynayır. Bu, inkişafın qarşısını alan maneə deyil, əksinə, Quranın düzgün oxunuşu və anlaşılmasına zərər verə biləcək hər hansı təhrifə qarşı bir filtr rolunu oynayır.”

“İTAQ” sistemi ilə yanaşı, Nazirlik həmçinin Quran təsdiqləmə heyətləri (ProQuran) üçün peşəkar çərçivə hazırlayıb. Bu təşəbbüsün məqsədi çap və nəşriyyat sahəsində çalışan Quran məsləhətçilərinin peşəkar səviyyəsini artırmaqdır.

Şəmsül-Ənvər bildirib ki, bu ilin yanvar–sentyabr ayları arasında Quran mətnlərinin çapı haqqında 1986-cı il qanununun (Qanun 326) tələblərini pozan 53.000-dən çox Quran mətninin və digər dini materialların müsadirə edildiyini və 295 istintaq işinin açıldığını qeyd edib.

Onun sözlərinə görə, yalnız Ramazan ayında 201 istintaq işi açılıb.

O əlavə edib ki, bu ilin Ramazan ayında keçirilən reydlər zamanı qanun pozucularına qarşı görülən tədbirlər nəticəsində ümumilikdə 950 min rinqqit məbləğində cərimə tətbiq olunub.

4313768

captcha