IQNA

Kosovo dövlət məktəblərində hicab qadağası

10:01 - November 03, 2025
Xəbər sayı: 3499141
İQNA - Kosovonun Ali Məhkəməsi dövlət məktəblərində hicabın qadağan olunmasını təsdiqlədi və bu mövzu ətrafında gedən hüquqi mübahisələrə son qoydu.

“Muslimon Həvləl-Aləm” saytının verdiyi xəbərə görə, Kosovonun Ali Məhkəməsi Təhsil Nazirliyinin dövlət məktəblərində İslam başörtüyünün (hicabın) geyinilməsini qadağan edən qərarını təsdiqləyib və bu qərarın mövcud qanunlara əsaslandığını bildirib. Bununla da məsələ ilə bağlı yaranmış hüquqi müzakirələr başa çatıb.

Bununla yanaşı, “Arta” təşkilatı bu qanuna qarşı rəsmi etirazını təqdim və iddia etmişdi ki, bu qərar vicdan azadlığını məhdudlaşdırır və Kosovo Konstitusiyasının din azadlığını təmin edən maddələrini pozur. Lakin Apellyasiya Məhkəməsi bu etirazı rədd edərək Nazirliyin qərarının qanuniliyini təsdiqləyib.

Gözlənilir ki, bu hökm, xüsusilə əhalisinin 95 faizindən çoxunu müsəlmanlar təşkil edən bir ölkədə, təhsil müəssisələrində dini ifadə azadlığına qoyulan məhdudiyyətlərlə bağlı elmi, dini və ictimai dairələrdə geniş müzakirələrə səbəb olacaq.

Kosovo İslam Şeyxülislamlığı bundan əvvəl Təhsil Nazirliyindən dövlət məktəblərində hicabın qadağan edilməsinə dair qərarını ləğv etməsini istəmişdi, lakin bu qurumun müraciətləri hələ ki, nəzərə alınmayıb.

4314334

Teqlər: Kosovo ، hicab ، İslam ، qanun
captcha