IQNA

Səudiyyə şirkətinin Həcc zəvvarlarının sağlamlıq və gigiyenasının artırılması üçün təşəbbüsü

10:49 - November 16, 2025
Xəbər sayı: 3499218
İQNA - Səudiyyə Səhiyyə Holdinq Şirkəti gələcək Həcc mövsümü ərzində innovativ bir layihənin işə salınmasına hazır olduğunu açıqlayıb.

“Bilad Press”-in məlumatına görə, Səudiyyə Səhiyyə Holdinq Şirkətinin baş direktoru Nasir əl-Həqbani bu layihənin başlanmasına hazır olduqlarını bildirib.

Bu təşəbbüs “Ümid Mobil Kliniki” adlanır və virtual həkimlər və süni intellekt texnologiyalarından istifadə edən ağıllı rəqəmsal klinikadır. O, zəvvarlara müxtəlif dillərdə təcili, ilkin və ixtisaslaşdırılmış tibbi xidmətlər göstərərək yüksək keyfiyyət və operativ cavab imkanı təmin edir.

Əl-Həqbani bu xəbəri Həcc xidmətləri üzrə 2025 konfrans və sərgisinin iclaslarından birində iştirak edərkən açıqlayıb. O bildirib ki, bu yeni klinikanın məqsədi Səudiyyə Ərəbistanının 2030 Baxışının Səhiyyə Transformasiyası Proqramının məqsədlərinə uyğun olaraq inkişaf etmiş səhiyyə xidmətləri modelini təqdim etməkdir. Bu məqsədlər tibbi xidmətlərə çıxışın asanlaşdırılması, profilaktik qayğının təşviqi və zəvvarların olduğu bütün məkanlarda təhlükəsiz və hərtərəfli tibbi təminatın gücləndirilməsi ilə həyata keçiriləcək.

Əl-Həqbani qeyd edib ki, keçən Həcc mövsümündə zəvvarların müalicə mərkəzlərinə müraciətləri 109 mindən çox olub. Bundan əlavə, ölkənin müxtəlif bölgələrində yerləşən 20 səhiyyə klasteri hava, quru və dəniz giriş məntəqələrində 1,4 milyondan çox profilaktik xidmət göstərib.

Təcili yardım bölmələri də həmin mövsümdə təxminən 43 min xəstəni müalicə edib. O həmçinin vurğulayıb ki, əvvəlki Həcc mövsümündə iştirak edən tibb işçilərinin sayı 23 mindən çox olub; bu isə Səudiyyə Ərəbistanının səhiyyə sistemində çalışan ümumilikdə 50 min tibb işçisinin bir hissəsidir.

4316974

captcha