“İQNA”-nın “Əl-Kəfil”ə istinadən verdiyi xəbərə görə, bu müsabiqə şagirdlərə yönəlmiş xüsusi Quran layihələri çərçivəsində və Həzrət Abbas (ə) Hərəminə bağlı Qurani-Kərim Elmi Cəmiyyətinin Kərbəla Qurani-Kərim Mərkəzinin nəzarəti altında keçirilib.
Həzrət Abbas (ə) Hərəminin Qurani-Kərim Mərkəzinin müdiri şeyx Cavad ən-Nəsrəvi bu barədə bildirib: “Bu müsabiqə mərkəzin ixtisaslı müəllimlərinin vilayətin müxtəlif məktəblərində keçirdiyi proqram və maarifləndirici Quran seminarlarının bir hissəsidir. Müsabiqənin sualları fiqh, əqidə və Qurani-Kərim mövzuları üzrə hazırlanıb ki, şagirdlərin dini anlayış və baxışlarının gücləndirilməsinə kömək etsin”.
O əlavə edib: “Bu müsabiqə bir neçə mərhələdə keçirilib və altı məktəb iştirak edib. Müsabiqənin məqsədi şagirdlərin məlumat və dini bilik səviyyəsini artırmaqdır”.
Proqramın sonunda bütün iştirakçılara təşəkkür lövhəsi və hədiyyələr təqdim olunub.
4317945