IQNA

Nyu-Yorkun müsəlman meri ilə Trampın görüşü

1:14 - November 21, 2025
Xəbər sayı: 3499252
İQNA - CNN-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp, Nyu-York şəhərinin mer seçkilərində qalib gəlmiş müsəlman meri Zöhran Məmdani ilə görüşəcək. Bu görüş tərəflər arasındakı uzunmüddətli gərginliyin sona çatdırılmasına səbəb ola bilər.

“İQNA”-nın “Arabi21”-ə istinadla verdiyi xəbərə əsasən, CNN bildirib ki, ABŞ prezidenti Donald Tramp cümə günü Ağ Evdəki Oval Ofisdə Nyu-Yorkun yeni seçilmiş meri Zöhran Məmdani ilə görüşəcəyini açıqlayıb.

Sözügedən görüş, Məmdani bu ayın əvvəlində seçildikdən sonra onların ilk görüşü olacaq.

Tramp “Truth Social” səhifəsində yazıb: “Nyu-York şəhərinin kommunist meri Zöhran Məmdani görüş üçün müraciət edib. Biz razılaşdıq ki, bu görüş cümə günü Oval Ofisdə keçiriləcək. Əlavə detallar sonradan açıqlanacaq.”

Zöhran Məmdani isə Trampın açıqlamasından əvvəl MSNÖW-ə verdiyi müsahibədə bildirib ki, onun komandası bu görüşün koordinasiyasına başlayıb. O deyib ki, Nyu-York xalqına xidmət etmək öhdəliyindən irəli gələrək Ağ Ev ilə əlaqə saxlayıblar və şəhərdə yaşayan 8,5 milyon insanın ehtiyaclarını təmin etmək üçün hər kəslə görüşməyə hazır olduqlarını vurğulayıb.

CNN əlavə edib ki, bu gözlənilən görüş Tramp və Məmdani arasında aylarla davam edən gərginliyə son qoya bilər. Onlar iyun ayında Demokratların ilkin seçkilərində Məmdaninin qələbəsindən bəri həm seçki kampaniyası zamanı, həm də mediada bir-birilərinə sərt tənqidlər yönəldiblər.

Kanal qeyd edib ki, Tramp sosial-demokrat baxışları ilə tanınan Məmdanidən ölkə üzrə demokratlara hücum üçün vasitə kimi istifadə edib, onu “balaca kommunist” adlandırıb və seçkilərdən əvvəl bildirmişdi ki, əgər Məmdani qalib gəlsə, Nyu-York şəhərinin federal büdcəsini kəsəcək.

CNN-in məlumatına görə, Məmdani mer seçkilərində qələbəsindən sonra etdiyi çıxışda Trampa birbaşa cavab verərək zarafatla deyib: “Donald Tramp, bilirəm ki, baxırsan. Sənə demək üçün dörd sözüm var: Televizorun səsini aç.”

Tramp bazar günü jurnalistlərlə söhbətində Məmdani ilə görüş ehtimalına işarə edərək Endryus Hərbi Hava Qüvvələri bazasında deyib: “Nyu-Yorkun meri bizimlə görüşmək istəyir və biz bir həll yolu üzərində işləyəcəyik. Biz istəyirik ki, Nyu-York üçün hər şey yaxşı olsun.”

4318212

captcha