“İQNA”-nın İraq bürosunun məlumatına görə, bu müsabiqə İmam Hüseyn (ə) Hərəminin Darül-Quran mərkəzinin təşəbbüsü və Kərbəla Universitetinin əməkdaşlığı ilə təşkil edilib və bazar ertəsi (noyabr ayının 24-ü) bu universitetin Hüquq fakültəsinin “Əs-Senhuri” zalında yekunlaşıb.
İmam Hüseyn (ə) Hərəminin Qurani-Kərim Media Mərkəzinin müdiri Visam Nəzir əd-Dilfi bildirib ki, bağlanış mərasimi geniş tələbə və universitet nümayəndə heyətlərinin iştirakı ilə keçirilib və mərasimdə münsiflər komitəsi üzvlərinə və iştirakçı qruplara təşəkkürnamə və xatirə lövhələri İmam Hüseyn (ə) Hərəminin Darül-Quran rəhbəri Şeyx Xeyrəddin Hadi tərəfindən təqdim olunub.
O əlavə edib ki, bağlanış proqramında iraqlı qarilərdən Məhəmməd Zülifin Quran tilavəti və Darül-Quran rəisinin elmi müavini Mürtəza Camaləddinin çıxışı yer alıb. Camaləddin müqəddəs astanələrin və təhsil müəssisələrinin Quran gənclərinə dəstək göstərməkdə və onları cəmiyyət üçün nümunəvi şəxslər kimi tanıtdırmaqda rolunun vacibliyinə toxunub.
Dilfi qeyd edib ki, müsabiqənin ilkin mərhələsi İraqın 36-dan çox universitetindən 108-dən çox iştirakçının qatılması ilə keçirilib və altı qrup ikinci mərhələyə (finaldan əvvəlki mərhələyə) vəsiqə qazanıb.
O həmçinin bildirib ki, final mərhələsində üç qrup qalib olub: Kufə Universiteti 91,5 xal ilə birinci, Vasit Universiteti 91 xal ilə ikinci, Kərbəla Universiteti isə 90,25 xal ilə üçüncü yeri tutub.
Dilfi vurğulayıb ki, İraq universitetləri arasında keçirilən 9-cu Qrup Quran Müsabiqəsi münsiflər heyətinin və iştirakçıların yüksək qiymətləndirməsi ilə başa çatıb ki, bu da tədbirin uğurla təşkil olunduğunu göstərir.
4319342