“İQNA”-nın “Maan” agentliyinə istinadən verdiyi xəbərə görə, Yediot Aharonot qəzeti yazıb ki, işğal olunmuş ərazilərdə yaşayan çox sayda sakin Təl-Əvivdə İsaxak Hertzoqun – Sionist rejimin prezidentinin – evinin qarşısında aksiya keçirərək ondan Netanyahuya amnistiya verilməsinə mane olmasını tələb ediblər.
Etirazçılar “Sən komandansan, sən günahkarsan” kimi şüarlar səsləndirərək Netanyahuya hazırkı siyasi böhranın əsas səbəbkarı kimi baxdıqlarını bildiriblər və Hertzoqdan onun bağışlanması ilə bağlı müraciəti rədd etməsini istəyiblər. Etirazçılar əlavə ediblər ki, Netanyahu günahkardır.
Tədbirdə iştirak edən sionistlər Təl-Əvivin başqa bir hissəsinə doğru irəliləmək istəyiblər, lakin polis qüvvələri buna mane olub.
Xatırladaq ki, Binyamin Netanyahu İsaxak Hertzoqa məktub göndərərək barəsindəki məhkəmə işləri ilə bağlı özünün amnistiya olunmasını istəyib.
O, amnistiya müraciətində nə günahını etiraf edib, nə də üzrxahlıq istəyib. Lakin bu rəsmi müraciətin təqdim olunması onun barəsində məhkəmədə irəli sürülən ittihamları dolayısı ilə qəbul etdiyini göstərir.
Netanyahu iki və daha çox işdə ailə üzvləri ilə birlikdə rüşvət almaqda, səlahiyyətdən sui-istifadədə və vəzifə səlahiyyətlərini şəxsi mənafeyinə yönəltməkdə ittiham olunur.
Bundan əvvəl ABŞ prezidenti də Sionist rejimin prezidentindən Netanyahunu bağışlamasını və “bu hüquqi çəkişməyə bir dəfəlik son qoymasını” istəyib.
4320164