“İQNA”-nın “Qahirə24”-ə istinadla verdiyi xəbərə görə, Misirli hafizə Hacı Fatimə Atito öz barəsində belə dedi: “O, oxuyub-yaza bilməyən bir evdar qadın idi və Qurani-Kərimi oxuya bilmək üçün oxumaq və yazmağı öyrənməyi arzulayırdı. Buna görə də yazı, oxu və hesab öyrənmək üçün savadlandırma kurslarına qoşuldu”.
Atito əlavə etdi: “Savadlandırma kurslarına yazılmaq üçün müraciət edəndə utanırdım və dedim: indi ki, qocalmısan, kitaba yad oldun. Müəllimim isə mənə dedi: kitabı möhkəm tut və onunla fəxr et.”
Hacı Fatimə izah etdi ki, savadlandırma kurslarına qoşulanda 60 yaşı var idi və vurğuladı ki, bəzilərinin qınaq və istehzasına görə bəzən xəcalət çəkirdi, lakin onlara əhəmiyyət vermədi və dedi: “İnsanlar mənimlə istehza edirdilər, amma onları buraxdım və qiymət vermədim, çünki oxumaq və yazmağı öyrənmək istəyirdim ki, Qurani-Kərimi oxuya bilim.”
Atito qeyd etdi ki, bir il ərzində oxumaq və yazmağı öyrənib, sonra Qurani-Kərimi əzbərləməyə başlayıb və əlavə etdi: “Qurani-Kərimi ilk dəfə oxuyub əzbərləyəndə ikiqat sevinc hiss etdim.”
Qəna valisi vurğuladı ki, Hacı Fatimənin hekayəsi bütün insanlara ilhamverici bir mesajdır: elm axtarışı müəyyən yaşla məhdudlaşmır və səmimi iradə insanın həyat yolunu qarşısındakı çətinliklərdən asılı olmayaraq dəyişdirə bilər.
Misirli vali həmçinin göstəriş verdi ki, bundan sonra Hacı Fatimənin savadsızlığın aradan qaldırılmasının əhəmiyyəti ilə bağlı maarifləndirici seminarlarda iştirakı təmin edilsin. Çünki o, hər yaşda yeni bir təhsil həyatına başlamağa digərlərini təşviq edə biləcək həqiqi və uğurlu bir nümunədir.
4320599