“İQNA”-nın “Əl-Əhram” xəbər portalına istinadla verdiyi məlumata görə, Əhməd Təyyib çərşənbə günü Qahirədəki Əl-Əzhər İslam Mərkəzində “Əhməd Təyyib” Qurani-Kərimin hifzi və təcvidi məktəbinə yazılmış bir qrup xarici tələbəni qəbul etdi.
Əhməd Təyyib bu görüşdə tələbələrin on qiraət üzrə seçilən tilavətlərini dinlədi və onların Qurani-Kərimi oxumaqda ustalıqlarını yüksək qiymətləndirdi. O, bunu məktəbin məsul şəxslərinin və müəllimlərinin böyük səylərinin göstəricisi adlandırdı.
Digər tərəfdən, tələbələr vurğuladılar ki, “Şeyx Təyyib” Qurani-Kərimin hifzi və təcvidi məktəbi onlara Quranı əzbərləməkdə asanlıq yaradıb.
Görüşün sonunda Əl-Əzhərin Şeyxi tələbələrə tövsiyə etdi ki, Qurani-Kərimin ayələrini sadəcə əzbərləməklə kifayətlənməsinlər, onun mənalarını və təfsirini daha dərindən anlamağa çalışsınlar ki, yaxın gələcəkdə öz ölkələrində Əl-Əzhərin elçiləri olsunlar. O, həmçinin vurğuladı ki, Əzhər onlara hər cür dəstək verməkdən çəkinməyəcək.
4321005