IQNA

Ayətullahul-uzma Sistaninin səhhəti ilə bağlı mühüm açıqlama

12:06 - December 09, 2025
Xəbər sayı: 3499373
İQNA – Şiələrin böyük mərcəyi-təqlidi Ayətullahul-uzma Seyid Əli Sistaninin səhhəti ilə bağlı məlumat verilib.

“İQNA”-nın “Bağdad əl-Yəvm”-ə istinadla verdiyi xəbərə görə, məlumatlı bir mənbə bu gün, çərşənbə axşamı – 8 dekabr tarixində, son saatlarda yayılan Ayətullahul-uzma Seyid Əli Sistaninin səhhətinin ağırlaşması ilə bağlı şayiələri təkzib edərək bildirib ki, onun vəziyyəti yaxşıdır. 

Mənbə deyib: “Ayətullahul-uzma Sistani son günlərdə qripə yoluxmuşdu və əlhəmdulillah tam sağalıb”. 

Mənbə əlavə edib: “Ayətullahul-uzmanın səhhətinin sabitliyindən əmin olduqdan sonra, onun ofisi qarşıdakı 48 saat ərzində görüşlərin bərpasını nəzərdən keçirir”. 

Mənbə vurğulayıb: “Onun ciddi bir xəstəliyə tutulması və ya buna bənzər xəbərlər tamamilə əsassızdır. Vətəndaşlardan xahiş olunub ki, möminlər arasında təşviş yaratmaq məqsədilə yayılan şayiələrə və saxta xəbərlərə aldanmasınlar”. 

Ayətullahul-uzma Seyid Əli Sistaninin ofisi 6 dekabr tarixində Nəcəfül-Əşrəf vilayətindəki evində zəvvarlarla görüşlərin müvəqqəti dayandırıldığını elan etmişdi, lakin bu görüşlərin nə vaxt bərpa olunacağı barədə vaxt açıqlamamışdı. 

4321750

captcha