IQNA

İraq, müqavimət qruplarının adını sanksiya siyahısından çıxardı

11:17 - December 10, 2025
Xəbər sayı: 3499375
İQNA – İraqda terrorçuların mallarının bloklanması komitəsi Yəmənin “Ənsarullah” hərəkatı və Livanın “Hizbullah” təşkilatının adını terrorçuların mallarının bloklanması siyahısından çıxarmaq qərarına gəlib.

“İQNA”-nın “Əl-Suməriyyə”yə istinadla verdiyi xəbərə görə, bundan əvvəl İraq Mərkəzi Bankının əmlakların bloklanması komitəsi səhvən “Hizbullah” və “Ənsarullah” hərəkatının adını “terrorçu qruplar” siyahısına daxil etmişdi. Bu məsələ ilə bağlı İraqın baş naziri Məhəmməd Şiya əs-Sudani dərhal araşdırma aparılması barədə göstəriş verib. Söhbət 2025-ci ilin 61 nömrəli qərarından gedir ki, bu qərar 17 noyabr 2025-ci ildə İraqın rəsmi qəzetinin 4848-ci sayında dərc olunmuşdu. 

Baş nazirin ofisinin açıqlamasına görə, həmin qərarda “reallığı əks etdirməyən” mətnlər yer alıb və İraq yalnız Malayziyanın tələbi əsasında İŞİD və “Əl-Qaidə” ilə bağlı aktivlərin bloklanmasına razılıq verib, bundan artıq yox. 

İraq hökuməti yayımladığı bəyanatda vurğulayıb ki, Livan və Fələstin xalqına qarşı təcavüzlə bağlı siyasi və insani mövqeləri prinsipial və sabitdir, heç bir halda müzakirə mövzusu ola bilməz. Bu mövqelər İraq xalqının bölgə xalqlarının azadlıq və ləyaqətli həyat hüququnu müdafiə etmək iradəsini əks etdirir. 

4321925

captcha