IQNA

Avstraliyada yəhudilərin bayramına qanlı hücuma reaksiyalar

17:29 - December 15, 2025
Xəbər sayı: 3499406
İQNA – Avstraliyada yəhudilərin bayram mərasiminə edilən qanlı hücum geniş reaksiyalara səbəb olub. Avstraliya Milli İmamlar Şurası bu hücumu sərt şəkildə pisləyib.

“İQNA”-nın “Reutersə” istinadla verdiyi xəbərə görə, Sidney şəhərində yəhudilərin “Xanuka” bayramı mərasiminə naməlum şəxslərin atəş açması nəticəsində indiyədək 10 nəfər həlak olub, 12 nəfər isə yaralanıb. Avstraliya polisinin media qrupu bildirib ki, hücumda azı 10 nəfər öldürülüb, onlardan biri hücumçulardan olub. İkinci hücumçu isə yaralanaraq həbs edilib. 

Hadisəyə reaksiya olaraq Avstraliya Milli İmamlar Şurası və Yeni Cənubi Uels İmamlar Şurası birgə bəyanat yayaraq: “Bondidə baş verən atışmanı sərt şəkildə pisləyirik” – deyə vurğulayıblar. 

BMT Baş katibi də açıqlamasında: “Sidneydə bir araya gələn yəhudi ailələrinə qarşı qanlı hücum məni dəhşətə saldı və bunu sərt şəkildə pisləyirəm” – deyib. 

Avstraliya Baş naziri: “Yəhudilərin dini mərasiminə hücum şok edicidir” 

Avstraliya Baş naziri Antoni Albanese bəyanatında bildirib: “Bu hadisə şok edici və son dərəcə narahatedicidir. Polis və xilasedici qüvvələr hadisə yerindədir və yaralıların həyatını xilas etmək üçün çalışırlar. Mən az əvvəl Avstraliya Federal Polis rəisi və Yeni Cənubi Uels ştatının baş naziri ilə danışdım. Əlavə məlumat tezliklə paylaşılacaq.” 

O, hadisə ətrafında olan insanlardan polis göstərişlərinə əməl etmələrini xahiş edib. Baş nazir əlavə edib: “Biz buradan Avstraliyadakı yəhudi qardaşlarımıza dəstəyimizi bildiririk. Yəhudilər harada olsalar, qardaşlarının başına gələnləri eşidəndə çox kədərlənirlər.” 

Bu gün bazar günü Avstraliyada “Xanuka” bayram mərasimi silahlı hücuma məruz qalıb. Hadisə yerindən yayılan görüntülərdə iki silahlı şəxsin körpünün üstündən atəş açdığı görünür. 

İvrit mediası Sidney şəhərində yəhudilərin qanlı Xanuka bayramı hücumunda ölən və yaralananların kimliyi barədə yeni təfərrüatlar yayıb. 

Məlumata görə, “Xabad” sionist hərəkatının nümayəndəsi ravvin Eli Şlanqer hücumda öldürülüb, Avstraliya Yəhudilər Şurasının rəhbəri isə yaralanıb. 

Digər tərəfdən, sionist rejimin prezidenti İshaq Hersoq Avstraliyadakı hücumla bağlı açıqlamasında deyib: “Sidneydəki qardaş və bacılarımız terror hücumuna məruz qaldılar. Xanuka bayramında çox sayda iştirakçı orada idi.” 

İsrailin sabiq baş naziri Naftali Bennet isə hadisəyə reaksiyasında “Instagram” hesabında yazıb: “Avstraliya hökuməti Bondi sahilindəki dəhşətli qətliama görə məsuliyyət daşıyır.” 

Bennet əlavə edib: “Xanuka şamlarının yandırılması dəhşət səhnəsinə çevrildi. Aylarla Avstraliya yəhudiləri antisemitizmin artması barədə xəbərdarlıq edirdilər. Mən Avstraliya hökumətindən yəhudi icmalarını qorumaq üçün dərhal tədbir görməsini və antisemitizmlə ciddi mübarizə aparmasını tələb edirəm. Yəhudilər heç bir yerdə, o cümlədən Avstraliyada, həyatları üçün narahat olmamalıdırlar.” 

Xəbər mənbələrinin bildirdiyinə görə, Avstraliya tarixində kütləvi atışmalar və silahlı zorakılıq halları olub və onların bəziləri ölkənin ən ölümcül hadisələri arasında yer alır. 1990-cı illərdən sonra sərt silah nəzarəti qanunları qəbul edilsə də, sonrakı onilliklərdə baş verən qanlı hadisələr və bəzi nadir hallarda yaşanan silahlı hücumlar Avstraliyanın kollektiv yaddaşında qalmaqdadır. 

4322842

Teqlər: avstraliya ، yəhudi ، hücum ، bayram ، reaksiya
captcha