IQNA

İraqın Peyğəmbərin (s) mövludunun və Quran məsələsinin UNESCO-nun dünya irsi siyahısına salınması təşəbbüsü

10:58 - December 19, 2025
Xəbər sayı: 3499431
İQNA – İraqın Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatındakı (UNESCO) nümayəndəsi, səmavi kitaba qarşı hörmətsizliyin qarşısını almaq məqsədilə Peyğəmbərin (s) mövlud gününün və Qurani-Kərimlə bağlı dosyenin dünya irsi siyahısına daxil edilməsi təklifini irəli sürüb.

“İQNA”-nın “Middle East News”-a istinadən verdiyi məlumata görə, İraqın UNESCO yanında daimi nümayəndəsi Əsəd Türki Səvvari Parisdə yerləşən bu təşkilatın mənzil-qərargahında keçirilən, UNESCO-da akkreditə olunmuş İslam ölkələrinin səfirləri qrupunun iclasında iki təklif təqdim etdiyini açıqlayıb. Bu təkliflərdən biri İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) mövlud gününün, digəri isə Qurani-Kərimlə bağlı dosyenin UNESCO-nun dünya irsi siyahısına salınması ilə bağlıdır.

O vurğulayıb ki, təkliflərdən biri Həzrət Məhəmmədin (s) mövlud gününün qeyd olunmasının UNESCO-nun “Dünya Yaddaşı” (Memory of the World) proqramı çərçivəsində qorunması məqsədini daşıyır.

Səvvari bildirib ki, ikinci təklif – yəni Qurani-Kərimlə bağlı dosye – bəzi dövlətlərin ekstremistlərə Qurani-Kərimi cırmaq və ya yandırmaq kimi əməlləri dünya ictimaiyyəti qarşısında həyata keçirmələrinə imkan verməsinin qarşısını almağa yönəlib. Bu cür hərəkətlər səmavi kitaba açıq-aşkar hörmətsizlik olmaqla yanaşı, İslam ümmətinə qarşı açıq bir çağırış və təxribat xarakteri daşıyır.

4323296     

captcha