“İQNA”–nın “elbalad140”-a istinadən verdiyi xəbərə görə, Məkkənin Hira (Həra) mədəniyyət bölgəsində həyata keçirilən Quran Muzeyi layihəsi Qurani-Kərimin tarixini açıqlayan və vəhy mərhələlərini müasir üslubda – orijinallıqla müasir texnologiyaların birləşməsi vasitəsilə – nümayiş etdirən hərtərəfli tədris və interaktiv təcrübə təqdim edir.
Muzey interaktiv ekranlar və qabaqcıl rəqəmsal media vasitələrinə əsaslanaraq Peyğəmbərə (s) Hira mağarasında vəhyin nazil olduğu anı simulyasiya edir. Bu, ziyarətçilərə İslam tarixinin həmin həlledici anlarını canlı şəkildə hiss etmək və Quran-i Kərimin nazil olduğu zaman və məkan mühitinə bağlanmaq imkanı verir.
Muzeydə müxtəlif mövzular üzrə ixtisaslaşmış bölmələr mövcuddur: Quran-Kərimin yazıya alınma tarixi, Quran elmləri və əsrlər boyu onun qorunması üçün göstərilən səylər. Bundan əlavə, nadir əlyazmalar və interaktiv izahlar müxtəlif yaş qrupları arasında maarifləndirməni asanlaşdırır və dərin anlayış yaradır.
Muzey Hira mədəniyyət bölgəsinin əsas hissələrindən biri kimi fəaliyyətə başlayıb və Məkkə zəvvarlarının, ümrə ziyarətçilərinin dini və mədəni biliklərini artıraraq onları Məkkənin dini, mədəni və tarixi yönləri ilə tanış edir.
Muzey həm Səudiyyə Ərəbistanından, həm də xaricdən gələn ziyarətçiləri qəbul edir və Quran tarixinin öyrənilməsində müasir üsulla mühüm rol oynayır. Onun ziyarəti həm tədris, həm də mənəvi təcrübə hesab olunur.
Muzeyin dizaynı və qurulması vahid sistem çərçivəsində, Məkkə və müqəddəs məkanlarda Səudiyyə Ərəbistanı Krallıq Şurasının nəzarəti və dəstəyi ilə həyata keçirilib. Bu məkan müasir bilik və texnologiyaların birləşməsi ilə ziyarətçilərə hərtərəfli təcrübə təqdim edir.
4324192