IQNA

“Qələbə komandirlərinin şəhadətinin ildönümü” ərəfəsində Həşduş-Şəbi təşkilatının bəyanatı

11:55 - December 24, 2025
Xəbər sayı: 3499469
İQNA – İraq Həşduş-Şəbi təşkilatı yaydığı bəyanatda Bağdad Beynəlxalq Hava Limanına səfər edən sərnişinləri xəbərdar edib ki, müqavimət komandirlərinin şəhadətinin ildönümünü anmaq məqsədilə (Bağdad hava limanı yolu) keçiriləcək illik milyonluq yürüş səbəbindən hava limanına aparan yollarda ciddi tıxac ehtimalı var.

“İQNA”-nın İraq rəsmi xəbər agentliyi (WAA) istinadlı məlumatına görə, Həşduş-Şəbi təşkilatı bəyan edib: “2 yanvar 2026 tarixində “Şəhid Əbu Mehdi əl-Mühəndis” yolu – yəni hava limanı yolu – “Qələbə komandirlərinin şəhadətinin altıncı ildönümü”nün mərkəzi mərasimi ilə eyni vaxtda ciddi tıxac yaşayacaq. 

Bəyanatda uçuş vaxtı bu tarixə təsadüf edən sərnişinlərdən xahiş olunub ki, bu məsələni nəzərə alsınlar və mümkün gecikmələrin qarşısını almaq üçün daha çox vaxt ayıraraq Bağdad Beynəlxalq Hava Limanına əvvəlcədən müraciət etsinlər. 

Həşduş-Şəbi təşkilatı mümkün hərəkət məhdudiyyətinə görə öncədən üzr istəyərək bəyanatının sonunda vurğulayıb: “Şəhidlərimiz və qələbə rəmzlərimiz hamının bu kiçik təşəkkürünə layiqdirlər və siz – İraq xalqı – şərəf və sədaqət sahiblərisiniz.” 

Həşduş-Şəbi təşkilatı “Qələbə komandirlərinin şəhadətinin altıncı ildönümü” münasibətilə media kampaniyasına başlayıb. Bu kampaniyaya hər il şəhadət məkanında (Bağdad hava limanı yolu) milyonluq yürüş çağırışı daxildir. 

Bu münasibət İraqda hər il 2 yanvar tarixində geniş media kampaniyası ilə başlayır. Fəaliyyətlərə sosial şəbəkələrdə media kampaniyalarının təşkili, sənədli məzmun istehsalı, kitab və məqalələrin nəşri, müqavimət mediası tərəfindən geniş xəbər işıqlandırması daxildir. Bu tədbirlərin məqsədi həmin komandirlərin İŞİD-in məğlub edilməsində və İraqın ərazi bütövlüyünün qorunmasında oynadığı əsas rolu açıqlamaq, həmçinin müstəqillik mesajını və xarici qüvvələrin tamamilə ölkədən çıxarılması əzmini gələcək nəsillərə ötürməkdir. 

Müqavimət komandirlərinin şəhadətinin ildönümü, xüsusilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin mərhum komandanı general-leytenant Qasim Süleymani və İraq Həşduş-Şəbi təşkilatının mərhum sədr müavini Əbu Mehdi əl-Mühəndisin şəhadəti, İraq və müqavimət oxunda ən mühüm milli və regional hadisələrdən biri hesab olunur. Bu iki komandan 2020-ci il yanvarın 3-də Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ qüvvələrinin hədəfli raket hücumu nəticəsində şəhid oldular. Bu hadisə təkcə İraq və bölgə tarixində dönüş nöqtəsi deyil, həm də xarici nüfuza qarşı dirənişin və işğala qarşı müqavimət yolunun davamının rəmzi sayılır. 

4324731

captcha