“İQNA”-nın “Oman Daily” qəzetinə istinadla verdiyi xəbərə görə, bu mərasim Oman Qurani-Kərimə Ehtimam Cəmiyyətinə bağlı Salalah Quran Mərkəzinin təşəbbüsü ilə, Zəfər vilayətinin meri Əhməd bin Məhəssən əl-Ğəssaniyin nəzarəti altında və mərkəzin 2025-ci il illik layihəsi çərçivəsində keçirildi.
Mərasimdə geniş şəkildə şagirdlərin iştirakı müşahidə olundu. Onlar Allahın kitabından tam və ya hissə-hissə əzbərlədiklərini tilavət etdilər.
Bu tədbirdə 110 oğlan və qız hafiz iştirak etdi. Onlar bir neçə qrupa bölündülər:
- Tam Quranı hifz edənlər – 6 nəfər
- 20 cüz hifz edənlər – 6 nəfər
- 15 cüz hifz edənlər – 5 nəfər
- 10 cüz hifz edənlər – 12 nəfər
- 5 cüz hifz edənlər – 41 nəfər
- 2 cüz hifz edənlər – 40 nəfər
Salalah Quran Mərkəzinin müdiri Raed bin Əvaz Bilxeyr bu barədə deyib: “Bu proqramda Oman cəmiyyətinin müxtəlif təbəqələrindən olan, 15 yaşdan yuxarı qadın və kişilər iştirak etdilər. Onlar Quranın təcvidində bacarıqlı və tilavətdə sürətli idilər.”
O əlavə edib: “Bu tədbirin əhəmiyyəti Qurani-Kərimin mövqeyinə dair şüurun gücləndirilməsində və vəhy kəlamına hifz, tilavət və ayələr üzərində təfəkkür vasitəsilə diqqətin artırılmasında gizlidir.”
Bilxeyr bildirib: “Quran hafizlərinin yaddaşlarının möhkəmləndirilməsi, yeni Quran istedadlarının aşkara çıxarılması, onların daxili və beynəlxalq Quran müsabiqələrinə hazırlanması və təşviqi, həmçinin iştirakçılarda həvəs, rəqabət və özünəinam ruhunun yaradılması Qurani-Kərim xətm layihəsinin müxtəlif məqsədlərindən idi.”
Salalah şəhəri Oman Sultanlığının Zəfər vilayətində yerləşir. Bu şəhər vilayətin mərkəzi və əsas şəhəri olmaqla, Omanın cənub sahilində yerləşir.
4325618