IQNA

Yəməndə Qurani-Kərim hafizlərinin küçə yürüşü keçirildi

10:30 - December 31, 2025
Xəbər sayı: 3499507
İQNA – Yəmənin “Mərib” vilayətində 1300-dən çox oğlan və qız Qurani-Kərimi hifz etdikdən sonra küçələrdə “qürur yürüşü” təşkil ediblər.

 

“İQNA”-nın “Əl-Cəzirə”yə istinadla verdiyi xəbərə görə, bu mərasimdə 1301 nəfər Qurani-Kərim hafizi böyük dini və mədəni tədbirdə məzun olub. Tədbir Mərib vilayətinin Qurani-Kərim Tədrisi Xeyriyyə Cəmiyyətinin təşəbbüsü və geniş ictimai iştirakla keçirilib. 

Sosial şəbəkələrdə yayılan videolarda yüzlərlə hafizin Yəmənin milli geyimində, əllərində Yəmən bayrağı ilə Mərib küçələrindən keçdiyi görünür. 

Mərasimdə dini və ictimai şəxslər, həmçinin hafizlərin ailələri iştirak ediblər. Qurani-Kərimin hifzini ucaldan nəğmələr oxunub və Quran elmlərinin yayılmasına təşviq edən şüarlar səsləndirilib. 

Bu tədbirdə iştirak edən hafizlər – Yəmən cəmiyyətinin Qurani-Kərim hifz dairələrinə və gənc nəslin dəstəyinə verdiyi önəmin göstəricisi olaraq – bu Quran nailiyyətindən qürur və fəxarət hissi duyduqlarını bildiriblər. 

kod

4325705

Teqlər: yəmən ، quran ، hafiz ، yürüş
captcha