IQNA

“Vərəttil” adlı üçüncü beynəlxalq Quran müsabiqəsinin təşkil olunması – Səqəleyn peyk kanalı

10:40 - January 06, 2026
Xəbər sayı: 3499547
İQNA – Səqəleyn peyk kanalı 1447-ci hicri-qəməri ilin Ramazan ayında üçüncü beynəlxalq Quran tilavəti (tərtil) müsabiqəsi “Vərəttil”in keçiriləcəyini elan edib.

“İQNA”-nın verdiyi xəbərə görə, Səqəleyn kanalı yayımladığı çağırışda bildirib: Bu müsabiqə Ramazan ayında canlı yayımla efirə gedəcək və maraqlananlar aşağıdakı şərtləri nəzərə alaraq qeydiyyatdan keçə bilərlər: 

1. Tam adınızı və yaşadığınız ölkəni göndərin. 

2. İştirakçılar 18–40 yaş aralığında olmalı və yaşlarını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya pasport) təqdim etməlidirlər. Bu müsabiqə yalnız kişilər üçün nəzərdə tutulub. 

3. İştirakçılar mobil telefon nömrəsi, ev telefonu nömrəsi, e-poçt ünvanı və Skype identifikasiya kodunu göndərməlidirlər. (Müsabiqə Skype vasitəsilə səsli və görüntülü şəkildə onlayn keçiriləcək.) 

4. İlkin mərhələdə iştirak üçün namizədlər öz tilavətlərindən bir səs faylı göndərməlidirlər. Bu tilavət Qurani-Kərimin 60, 88, 125, 206 və ya 549-cu səhifələrindən biri üzrə olmalıdır. Fayl WhatsApp vasitəsilə “00989999914320” nömrəsinə göndərilməlidir. 

Qeyd edək ki, Səqəleyn peyk kanalı dini, Qurani və mədəni bir kanaldır. O, müxtəlif təbəqələr və qruplar üçün proqramlar hazırlayaraq İslam dünyasının və ümmətin məsələlərini gündəmə gətirir. 

Bu kanal Quran və Əhli-beyt (ə) məktəbi mərkəzli proqramlar istehsal etməklə İslam mədəniyyətini və elmlərini dirçəltməyi və yaymağı hədəfləyir. Həmçinin qadınlar, uşaqlar və gənclər üçün xüsusi proqramlar hazırlayaraq İslam dininin təlimlərinə uyğun müasir İslam ailəsinin əsaslarını möhkəmləndirməyə çalışır. 

Səqəleyn kanalı 1430-cu hicri-qəməri ilin Ramazan ayında (2008-ci il) ərəb dilində fəaliyyətə başlayıb. 

Beynəlxalq Quran müsabiqəsi “Və Rəttl” isə tərtil tilavəti sahəsində İslam dünyası miqyasında 1403-cü hicri-qəməri ildə Səqəleyn kanalının təşəbbüsü ilə hazırlanıb və həmin ilin Ramazan ayının əvvəlindən bu kanalın studiyasından yayımlanıb. 

4327143

captcha