IQNA

Qəzzada 9 min şəhidin cəsədi hələ də dağıntılar altında qalıb

3:44 - January 08, 2026
Xəbər sayı: 3499558
İQNA – Qəzza Xilasetmə və Yardım Təşkilatının sözçüsü bildirib ki, dağıntılar altında qalmış şəhidlərin cəsədlərinin çıxarılması məsələsi Qəzzada hazırkı ən çətin problemlərdən biridir və ağır texnika çatışmazlığı səbəbindən hələ də təxminən 9 min cəsəd xarabalıqlar altında qalıb.

“İQNA”-nın “Fələstin” İnformasiya Mərkəzinə istinadən verdiyi xəbərə görə, Mahmud Basal mövcud imkanların məhdudluğunu vurğulayaraq deyib: “Xilasedici qüvvələrin ixtiyarında olan avadanlıqlar ehtiyacların miqyasına heç bir halda uyğun deyil və Qəzzada mövcud olanlar bu genişmiqyaslı əməliyyat üçün lazım olan imkanların yalnız kiçik bir hissəsini təşkil edir”. 

Basal əlavə edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Xilasetmə və Yardım Təşkilatına yalnız iki kiçik qazma qurğusu verib; biri Qəzzanın cənubunda, digəri isə şimalında yerləşir. Onun sözlərinə görə, bu avadanlıqlar nə kifayət qədər gücə malikdir, nə də səmərəli və sürətli əməliyyat aparmağa imkan verir. 

Qəzza Xilasetmə və Yardım Təşkilatının sözçüsü xəbərdarlıq edib ki, mövcud vəziyyət davam edərsə, şəhidlərin cəsədlərinin çıxarılması prosesi çox yavaş sürətlə gedəcək və bu iş illərlə uzana bilər. O vurğulayıb ki, bu vəziyyətin davam etməsi mövcud humanitar böhranı daha da dərinləşdirəcək. 

O, beynəlxalq ictimaiyyəti və humanitar qurumları Qəzzaya təcili yardım göstərməyə çağıraraq izah edib ki, xilasedici qüvvələrin təcili ehtiyacları 20 buldozer, 20 qazma qurğusu və 20 yük maşınının təmin edilməsindən ibarətdir ki, eyni vaxtda bir neçə bölgədə fəaliyyət göstərmək mümkün olsun. Basalın sözlərinə görə, bu avadanlıqlar təmin olunsa, maksimum üç ay ərzində cəsədlərin çıxarılması işi başa çatdırıla bilər. 

O, sonda xəbərdarlıq edib ki, avadanlıq çatışmazlığı davam edərsə, bu işin tam başa çatması üç ilədək uzana bilər. 

4327575

captcha