IQNA

Quran nuru yarış gecəsində; Afrika Kubokunda misirli futbolçunun aramlıq sirri

3:53 - January 08, 2026
Xəbər sayı: 3499559
İQNA – Misir milli komandasının ulduzu Məhəmməd Hani Afrikanın Millətlər Kubokundakı oyunlardan əvvəl hazırlaşmaq üçün Qurani-Kərim ayələrini tilavət edərkən çəkilmiş görüntü, Misir oyunçularının mənəvi hazırlıq tərəfinə diqqətləri cəlb edib.

“İQNA”-nın “Sədyül-Bələd”ə istinadən verdiyi xəbərə görə, sosial şəbəkələrdə geniş əks-səda doğuran bu aramlıq dolu anlar təkcə oyunçunun ruhunu gücləndirmir, həm də media fəalları tərəfindən alqışlanıb; bu təsiri Misir milli komandasının son qələbələrinin amillərindən biri hesab etmək olar. 

Misirli media fəalı Əmr əd-Dərdir özünün “Facebook” hesabında Misir milli komandasının ulduzu Məhəmməd Hanini tərifləyib. 

Əmr əd-Dərdir Benin milli komandasına qarşı oyuna hazırlaşmaq üçün Quran tilavət edən Məhəmməd Haninin şəklini paylaşaraq yazıb: “Hani! İnşallah oyunun ulduzu olacaqsan.” 

Misir milli futbol komandası Afrikanın Millətlər Kubokunun 1/8 final mərhələsində Benini 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. 

Misir milli futbol komandasının baş məşqçisi çıxışının sonunda deyib: “Sabahdan 1/4 final oyunu üçün hazırlığa başlayacağıq və hər bir rəqiblə qarşılaşmağa hazırıq. Mənim 27 böyük oyunçum var və tibbi heyətə, inzibati heyətə və milli komandada fəaliyyət göstərən hər kəsə təşəkkür edirəm.” 

Afrika Kubokunda oyundan əvvəl misirli futbolçunun Quran oxuması 

Bundan əvvəl də Misir milli futbol komandasının oyunçularının Afrikanın Millətlər Kubokunda Zimbabve milli komandasına qarşı oyundan əvvəl Quranı birgə tilavət etdiklərini göstərən video yayımlanmışdı. 

Turnirin başlanğıcında Misir milli futbolçularının Quranı birgə tilavəti geniş əks-səda doğurmuşdu. 

Misir milli komandasının oyunçuları Afrikanın Millətlər Kubokunda Zimbabve ilə qarşılaşmadan əvvəl paltardəyişmə otağında bir dəfə “Həmd” surəsini və üç dəfə “İxlas” surəsini oxuyublar. 

Bu Quran tilavəti ənənəsi indi Misirin bu turnirdə iştirakının diqqətçəkən cəhətlərindən biri kimi təqdim olunur. 

Misir Afrikanın Millətlər Kubokundakı ilk oyununda Zimbabve ilə qarşılaşıb və bu rəqibi 2:1 hesabı ilə məğlub edib. 

Misir milli futbol komandası qarşıdakı Dünya Kubokunun qrup mərhələsində İranın rəqibi olacaq. 

4327323

Teqlər: futbolçu ، misir ، quran ، afrika ، aramlıq
captcha