IQNA

Evlərindən didərgin düşmüşlərin çadırlarında 21 fələstinli donaraq şəhid olub

7:52 - January 14, 2026
Xəbər sayı: 3499567
İQNA – Qəzzə zolağında şiddətli soyuqların olması və istilik sistemlərinin olmaması nəticəsində indiyə qədər 21 fələstinli şəhid olub.

“İQNA”, “Əl-Cəzirə” kanalına istinadən xəbər verir ki, Qəzzədə fələstin informasiya şöbəsi bildirib ki, Qəzzə müharibəsinin başlanğıcından 2026-cı il yanvar ayının 11-nə qədər 18-i uşaq olmaqla 21 nəfər evlərindən didərgin düşmüşlərin çadırlarında şiddətli soyuqlar nəticəsində donaraq şəhid olub.

Bu şöbə bəyannamə yayımlayaraq bildirib ki, Qəzzə zolağında insan faciəsi çoxalıb. Sionist rejim tərəfindən bu məntəqədə camaatın mühasirəyə alınması və soyqırımı, habelə evlərin dağıdılması və bir milyon yarımdan çox fələstinlinin evlərindən didərgin düşmüşlərin çadırlarına məcburi köçürülməsi davam edir.

Bu bəyannamədə gəlib ki, bu cinayətlər və onların faciəli nəticələrinə görə birbaşa sionist rejim məsuliyyət daşıyır. Bunlar Qəzzə xalqının tədricən qətlə yetirmək, ac saxlamaq və evlərindən didərgin salmaq siyasəti nəticəsində baş verir.

4328180

captcha