IQNA

Ramazan ayından qabaq islamofobiyanın artması barədə xəbərdarlıq

18:44 - January 14, 2026
Xəbər sayı: 3499570
İQNA – Bir amerika senatoru qərbdə Ramazan ayı ərəfəsində islamofobiyanın artması barədə xəbərdarlıq edib.

“İQNA”, “Anadolu”-ya istinadən xəbər verir ki, amerika senatoru Mark Varner Ramazan ayından qabaq qərbdə müsəlman və ərəblərə qarşı zorakılıqla mübarizə etməyin lazım olduğunu vurğulayıb.

O, yazıb ki, bir sıra vəzifəli şəxsin fikirləri müsəlman və ərəblərə qarşı düşmənliyin artmasına səbəb olur.

Varner xəbərdarlıq edib ki, ifratçı siyasi sözlər qərb cəmiyyətində islamofobiyanın artması ilə nəticələnə bilər.

O, həmçinin bütün siyasətçilərdən istəyib ki, aydın şəkildə və qətiyyətlə hər növ irqi və məzhəbi ayrı-seçkiliyi pisləsinlər.

4328468

captcha