“İQNA”, “Əl-Aləm”-ə istinadən xəbər verir ki, Həmas hərəkatı havanın şiddətli dərəcədə soyumasına işarə edərək Qəzzə zolağında evlərindən didərgin düşmüşlərin çadırlarında insani vəziyyətin pisliyi ilə bağlı xəbərdarlıq edib.
Sionist rejim insani kömələrin və humanitar yardımların Qəzzə zolağına daxil olmasına mane olur. Bunun nəticəsidə də fələstinlilər böyük humanitar böhranla üzləşiblər.
Bu hərəkat vasitəçi tərəflərdən istəyib ki, istilik, tibbi ləvazimatın və başqa yardımların Qəzzə zolağına daxil olması üçün sionist rejimə təzyiq göstərsinlər.
4328485