IQNA

Qəzzədə sionist rejim atəşkəsin ikinci mərhələsi üçün maniə yaradır

12:16 - January 16, 2026
Xəbər sayı: 3499576
İQNA – Fələstinli mənbələr Qəzzədə sionist rejim atəşkəsin və Amerikanın planının ikinci mərhələsinə keçid üçün problem yaratdığından xəbər verirlər.

“İQNA”, “Əl-Aləm”-ə istinadən xəbər verir ki, Həmas hərəkatı bildirib: “Bu hərəkatın heyəti Misirdə məsul şəxslərlə görüşüb və atəşkəs razılaşmasının birinci mərhələsinin təkmilləşdirilməsi, o cümlədən Rəfəh keçidinin açılması ilə bağlı danışıqlar aparıb”.

Bəzi fələstinli mənbələr də sionist rejimin Qəzzə zolağının yenidən qurulması və qüvvələrinin geri çəkilməsilə müxalifət edərək atəşkəsin və Amerikanın planının ikinci mərhələsinə keçid üçün problem yaratdığından xəbər verirlər.

Həmçinin bəzi israilli və qərbli siyasi təhlilçilər Amerikanın planının ikinci mərhələsini tənqid edib və onu Qəzzənin təhlükəsizlik və siyasi vəziyyəti ilə uzlaşmadığını bildirirlər.

4328652

captcha