“İQNA”, “Anadolu Arabic”-ə istinadən xəbər verir ki, bu tədbir Qüdsün mənəvi və simvolik cəhətlərini Türkiyə ictimaiyyətinin düşüncəsində canlı saxlamaq və Fələstin davası ilə həmrəylik mesajını aydın şəkildə çatdırmaq məqsədi daşıyır.
Trabzon Bələdiyyəsi Əl-Əqsa məscidinin maketini Ortahisar bölgəsindəki Hanife Xatun məscidi və kompleksinin yaxınlığında quraşdırıb və təxminən iki ay sonra rəsmi açılışı edilərək ümumi tamaşa üçün nümayiş etdiriləcək.
Əl-Əqsa məscidinin maketinin Türkiyədə nümayişi yeni deyil; bundan əvvəl də, Türkiyənin istedadlı sənətkarlarından Doğan Xətib Oğlu tərəfindən gildən hazırlanan Əl-Əqsa məscidinin maketi, Peyğəmbərin (s) İsra və Merac hadisəsinin ildönümü münasibətilə Türkiyənin Ərzurum şəhərindəki bir məsciddə maraqlananlar tərəfindən ziyarət edilmişdi.
O, indiyə qədər 40 ziyarətgah və müqəddəs yerin maketini hazırlayıb ki, onların arasında Məscidül-Həram və Məscidün-Nəbinin (s) maketləri də var.
Bu Türkiyə sənətkarı ilk müsəlman qibləsinin maketinin necə hazırlandığı barədə deyir: "Mən bu maketi Qüdsdən gətirdiyim bir qədər torpaqdan istifadə edərək düzəltdim. Lakin Qüdsül-Şərifdən torpaq gətirmək o qədər də asan deyildi. Çünki Sionist rejimin hərbçiləri bu işə mane olaraq bizi daim sorğu-suala tuturdular. Amma nə olursa olsun, nəhayət Qüdsül-Şərifdən bir miqdar torpaq götürə bildik."
4329222