IQNA

UNRWA-nın dərsliklərindəki xəritədən Fələstinin silinməsinə ictimai qəzəb

2:59 - January 22, 2026
Xəbər sayı: 3499609
İQNA – Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Kömək və İş Agentliyi (UNRWA) tərəfindən Livandakı Fələstin qaçqınları arasında yayılan dərsliklərdə Fələstinin adının dünya xəritəsindən silinməsi fələstinlilərin güclü etirazına səbəb oldu.

“İQNA”, “Əlhəd”-ə istinadən xəbər verir ki, Livanda Fələstin düşərgələrində təhsil rəsmiləri UNRWA tərəfindən paylanan dərslikləri yoxlayarkən, altıncı sinif dərsliyindəki dünya və ərəb ölkələri xəritəsindən Fələstin adının silindiyini müşahidə etdilər. Xəbər yayıldıqdan sonra fələstinlilər bu hərəkətə şiddətlə etiraz etdilər.

Hesabata görə, bu düşərgələrdə yaşayan fələstinlilər etiraz aksiyaları keçirərək, Fələstinin heç bir alternativi olmadığını vurğuladılar və eyni zamanda beynəlxalq qurumları dərsliklərdə həqiqətlərlə oynamamaq, daha diqqətli olmaq və fələstinlilərə və qaçqınlara qarşı təhqirlərin qarşısını almağa çağırdılar.

UNRWA-nın hesabatları Livanda 12 Fələstin düşərgəsinin olduğunu göstərir. Mövcud statistik məlumatlara görə, Livanda 490 mindən çox Fələstin qaçqını yaşayır ki, onlardan da 280 mini Bədavi, Bass, Rəşidiyyə, Miyə və Miyə, Bircəl-Bərcənə, Bircəş-Şimali, Şatila, Zəbiyyə, Ein əl-Hilvə, Mar İlyas, Nəhr əl-Barid və Vəvl-Bəsur düşərgələrində məskunlaşıb.

1980-ci illərdə bu düşərgələrdən bəziləri (məsələn, Səbra və Şatila) Sionistlər tərəfindən fələstinlilərin qırğınına şahid olub. İlk Fələstin qaçqınları qrupu 1948-ci ildə Cənubi Livana daxil olub.

4329470

captcha