“İQNA”, “Əl-Aləm”ə istinadən xəbər verir ki, BMT-nin Fələstin məsələləri üzrə Xüsusi Hesabatçısı, sionist rejiminin xüsusilə Qəzzada Fələstin xalqına və insanlığa qarşı cinayətlərinin davam etməsinə işarə edərək, bu qanunsuz rejimin BMT Baş Assambleyasındakı üzvlüyünün dayandırılmasını tələb edib.
Frençeska Albaniz, sözügedən beynəlxalq ictimaiyyətin sionist rejiminin beynəlxalq hüququn pozulması qarşısında davam edən səssizliyini tənqid edərək, BMT Baş Assambleyasından bu təcavüzkar rejimi məhdudlaşdırmaq üçün öz qanuni vasitələrindən istifadə etməsini istədi.
Albaniz, beynəlxalq nizamın süqutu barədə xəbərdarlıq edərək vurğuladı: "Sionist rejiminin Baş Assambleyadakı üzvlüyünün dayandırılması və bu rejimə qarşı hərtərəfli sanksiyaların tətbiqi üçün qlobal qəti hərəkət vaxtı gəlib çatıb."
BMT-nin Xüsusi Hesabatçısı, beynəlxalq hüququn pozulmasına cavab olaraq, xüsusilə bu rejimlə silah ticarətinin qadağan edilməsini daxil etməklə, geniş beynəlxalq sanksiyaların tətbiqinin zəruriliyini vurğuladı.
4329984