“İQNA”, “Əl-Muslimun həvləl-Aləm”-ə istinadən bildirdiyinə görə, bu sərgi 6 fevral 2026 tarixinədək davam edəcək və sülh, mərhəmət və əxlaq kimi İslami dəyərləri öyrənmək və onlar üzərində düşünmək üçün fürsət yaradacaq.
Bu sərgi, Skopyenin mərkəzində ən məşhur tarixi və turistik bölgələrdən birində təşkil olunur; əhalinin və turistlərin daim ziyarət etdiyi canlı bir bölgədir.
"Çiftə Hamamı" tarixi binası bu sərgiyə ev sahibliyi edir; Bura bir zamanlar ənənəvi ictimai hamam kimi istifadə edilən, daha sonra sərgilər və mədəni tədbirlər üçün məkana çevrilən yerdir.
Bu bina, məşhur "Çarşiya Skopye" köhnə bazar bölgəsində yerləşir və nümayiş etdirilən əsərlər insani anlayışlara və yaxşı islami dəyərlərə yönəlmişdir.
Sərgiyə giriş pulsuzdur və təqdim olunan vizual materiallar, informasiya panelləri və multimediya məzmunu ziyarətçilərə Həzrət Məhəmmədin (s) həyatını və İslamın mesajını böyüklər və uşaqlar üçün uyğun, sadə bir şəkildə başa düşməyə kömək edir.
4330668