“İQNA”, “Məən” xəbər agentliyinə istinadən xəbər verir ki, ispaniyalı Mançester Siti baş məşqçisi Pep Guardiola, təqsirsizləri dəstəkləmək üçün dünyanı hərəkətə çağıraraq, Fələstin məsələsinə dəstəyini bir daha təkrarlamaqla, bir çox futbol azarkeşlərinin və hətta idman dünyasından kənardakıların diqqətini özünə cəlb etdi.
Guardiola, həmişə Fələstini dəstəkləyən və İsrailin Qəzza xalqına qarşı müharibəsinə etiraz edən idman dünyasının ən məşhur simalarından biridir. O, dəfələrlə mövqeyini açıq və aşkar şəkildə bəyan etmişdir.
Guardiola Barselona şəhərində bir xeyriyyə kampaniyasında iştirak etdi və bir çox insan hüquqları dəstəkçiləri və həvəskarları üçün ilhamverici bir çıxış etdi. O, bu çıxışında, Fələstində baş verənlərə qarşı bir çox insanın laqeydliyini pislədi.
Bu baş məşqçi, sosial şəbəkələrdə rəğbətlə qarşılanan çıxışında dedi: "Axşamınız xeyir; əssalamu əleyküm... Son iki ildə sosial şəbəkələrdə və ya televiziyada, özünü çəkən və anasının harada olduğunu, halbuki hələ də özü bilmədiyi üçün, yalvarırcasına soruşan bir uşağın şəklini görəndə, məndə nə hiss oyanır?"
O, sözünə belə davam etdi: "Belə səhnələri görəndə həmişə öz-özümə soruşuram ki, o nə düşünür? Hiss edirəm ki, biz onları tək buraxdıq, tərk etdik və unutduq."
Mançester Siti baş məşqçisi, Fələstin xalqına qarşı sükut və laqeydliyi pislədi və dedi: "Həmişə təsəvvür edirəm ki, həmin uşag soruşur: 'Siz haradasınız? Gəlin və bizə kömək edin.' Amma biz hələ də bunu etməmişik. Bəlkə də güc sahibləri qorxaqlar olduqları üçün; çünki onlar təqsirsiz gəncləri təqsirsiz insanları öldürmək üçün göndərirlər, bu qorxaqların işidir."
Guardiola həmçinin Fələstin xalqına qarşı sükut və laqeydlik fenomenini tənqid etdi və dedi: "Biz bir addım irəli atmalıyıq. Hətta sadə iştirakımız belə çox vacibdir."
O, dünyadan insanlıq məsələləri yanında ədalətli dayanmağı və məzlum xalqları dəstəkləməyi tələb edərək əlavə etdi: "Biz başqa yerə baxmamalıyıq, əksinə iştirak etməli və təbii olaraq daha zəiflərin yanında olduğumuzu göstərməliyik ki, bu halda, bu Fələstindir. Amma təkcə Fələstin deyil, bütün insanlıq məsələlərini əhatə edir. Bu Fələstin üçün bəyanatdır və bu insanlıq üçün bəyanatdır."
Guardiola əvvəllər də İspaniyanın bir universitetində oxşar çıxış edərək, Qəzzanın mühasirəsinin qaldırılmasını və fələstinlilərin hüquqlarının pozulmasına son qoyulmasını tələb etmişdi.
4331148