“İQNA”-nın "Fələstin əl-Yəvm" agentliyinə istinadən verdiyi məlumata görə, Şeyx Əkrimə Səbri dedi: "Sionist rejimin daxili işlər naziri İtamar Ben Qvirin başlatdığı Məscidül-Əqsa üçün müsəlmanlara qarşı tətbiq edilən məhdudiyyətlər, müqəddəs Ramazan ayının başlanğıcından əvvəl bu müqəddəs məkanın mövcud statusunu dəyişdirməyə yönələn bir cəhddir."
O, vurğuladı: "Bu məhdudiyyətlər, Məscidül-Əqsanın hüquqi statusunu dəyişdirməyə yönələn açıq bir cəhddir."
Məscidül-Əqsanın xətibi əvvəllər verdiyi bəyanatda, sionist rejimin bu müqəddəs yerə qarşı misli görünməmiş və təşkilatlanmış təcavüzünün şiddətləndiyi ilə bağlı xəbərdarlıq etmiş və işğalçıların müharibə şəraitindən sui-istifadə edərək Məscidül-Əqsanın zamana və yerə görə bölünməsi planını sona çatdırdıqlarını bildirmişdi.
Şeyx Səbri bu bəyanatında, bu müqəddəs məkanın gündəlik şəkildə təhqir edilməsinə istinad edərək qeyd etdi: "Məscidül-Əqsanın həyətinə sionist gəlmələrin hücumu misli görünməmiş dərəcədə artıb. Bu artıq təsadüfi bir təcavüz deyil, əksinə gündəlik əsasda və rejimin rəsmi və hərbi dəstəyi ilə həyata keçirilir."
O əlavə etdi ki, işğalçılar uydurma dini bəhanələr və süni bayramlarla bu basqınlar üçün rəsmi bir örtük yaradaraq ictimai rəyi yayındırmağa çalışırlar.
Məscidül-Əqsanın xətibi bəyanatının başqa bir hissəsində, yeraltı qazıntıların həssas mövzusuna toxunaraq dedi: "Məscid ətrafının altından Silvan bölgəsinə doğru qazıntı əməliyyatları əvvəlkindən daha şiddətlə davam edir. Bu tədbirlər Məscidül-Əqsanın təməlləri və əsası üçün birbaşa və ciddi təhlükədir."
O, həmçinin "Babul-Rəhmə" qəbiristanlığını ələ keçirmək üçün davamlı səylərə istinad etdi və işğalçıların bu yerin bəzi hissələrini daxili və xarici sinaqoqlara çevirməyi planlaşdırdığını bildirdi.
Şeyx Əkrimə Səbri sonra, sionist rejimin dünyanın müharibəyə diqqətini və kabinetin və Knessetin tərkibindəki radikalların varlığndan sui-istifadə edərək, bu məsciddən İslami suverenliyi əlindən almaq üçün öz əvvəlki planını həyata keçirməyə çalışdığını vurğuladı.
O, daxilolma yerlərində namaz qılanların və bu yeri qoruyanların genişmiqyaslı həbsini bu maksimum təzyiqin bir hissəsi olaraq qiymətləndirdi.
Məscidül-Əqsanın xətibi bəyanatın sonunda bu tədbirlərin fəlakətli nəticələri barədə xəbərdarlıq edərək, bu şər planlara qarşı mübarizə üçün İslam ümmətinin dərhal tədbir görməsinin lazım olduğunu bildirdi.
4331281