IQNA

Manchester Yunayted Azarkeşləri üçün fərqli bir Ramazan: İordaniyada Fələstin qaçqınları ilə görüş

23:24 - February 02, 2026
Xəbər sayı: 3499672
İQNA – İngiltərənin Manchester Yunayted futbol komandasının bir qrup azarkeşi İordaniyada yaşayan Fələstin qaçqınlarını dəstəkləmək məqsədilə Ramazan ayında bu ölkəyə səfər etməyi planlaşdırır.

“İQNA”-nın “Hyfen Online”-a istinadən verdiyi məlumata görə, Manchester Yunaytedin müsəlman azarkeşlər klubunun üzvləri mübarək Ramazan ayının ərəfəsində Qərbi Asiyada yerləşən İordaniyaya səfər üçün hazırlaşırlar.

Onlar xeyriyyə təşəbbüsü çərçivəsində bu ölkədəki düşərgələrdə yaşayan Fələstin qaçqınları ilə görüşməyi, dəstək və idman proqramları təşkil etməyi planlaşdırırlar. Bu üç günlük səfər fevral ayının sonlarında həyata keçiriləcək və təhlükəsizlik mülahizələri səbəbilə adları mediada çəkilməyən iki böyük Fələstin qaçqın düşərgəsini əhatə edəcək.

Səfər zamanı Manchester Yunaytedin müsəlman azarkeşləri düşərgələrin komandaları ilə iki yoldaşlıq futbol oyunu keçirəcək, ictimai maliyyə yardımlarını birbaşa ailələr arasında paylayacaq, qaçqınlarla birlikdə iftar edəcək və uşaqlar, xüsusən yetimlər üçün təlim futbol proqramları hazırlayacaqlar. Qrupda UEFA lisenziyalı bir məşqçi də var ki, yetim uşaqlar üçün futbol məşqlərinin təşkili məsuliyyətini öz üzərinə götürüb.

Manchester Yunaytedin Müsəlman azarkeşlər klubunun sədri Asif Mahmud, təşkilatın sosial məsuliyyətinə işarə edərək dedi: "Bizim mövqeyimiz və tribunamızın olduğunun fərqindəyik və hiss edirik ki, futbol izləməkdən daha çox bir şey etməliyik." Onun sözlərinə görə, bu layihə Britaniyada yerləşən "Humanitar Fəaliyyət üçün Hərəkət" (Action for Humanity) xeyriyyə qurumu ilə əməkdaşlıqda həyata keçirilir. Bu qurum sahədəki iştirakı və İordaniyadakı Fələstin düşərgələri ilə möhkəm əlaqələri səbəbilə seçilmiş bir qurumdur.

O, vurğuladı ki, bu təşəbbüsün məqsədi Fələstin qaçqınlarının insan ləyaqətini qorumaqdır və buna görə də köməklər pul şəklində və birbaşa ailələrə öz ehtiyacları haqqında qərar qəbul edə bilmələri üçün təqdim olunur.

O, həmçinin bu səfərin duyğusal çətinliklərini etiraf edərək dedi: "Futbol onların problemlərini həll etmək üçün deyil, lakin ünsiyyət, həmrəylik və uzunmüddətli insani irs yaratmaq üçün bir körpü ola bilər." Onun sözlərinə görə, səfərin bütün xərcləri iştirakçıların özləri tərəfindən ödəniləcək və bu proqram gələn illərdə də davam edəcək.

4331553

captcha