IQNA

Yəmənlilərin Fələstin xalqına dəstəyi üçün geniş yürüş

7:51 - February 07, 2026
Xəbər sayı: 3499700
İQNA – Cümə günü Yəmən xalqı Fələstin xalqına dəstək məqsədilə paytaxt Səna da daxil olmaqla ölkənin müxtəlif şəhərlərinin əsas meydanlarında genişmiqyaslı yürüşlər keçirib.

“İQNA”, “Əl-Məsirə” telekanalına istinadən xəbər verir ki, yəmənlilər “Sabit addım və gələcək mərhələlərə hazırıq” şüarı ilə Sənanın “Əl-Səbiin” meydanında, həmçinin digər şəhərlərin əsas meydanlarında milyonlarla insanın iştirakı ilə yürüş təşkil ediblər. 

Yürüş iştirakçıları “Ey Qəzza əhli, ey fələstinlilər, bütün Yəmən xalqı sizinlədir” kimi şüarlar səsləndiriblər. 

Yəmən xalqı bundan əvvəl də Qəzza və Fələstin xalqına dəstək üçün geniş yürüşlər təşkil etmişdi. 

Xatırladaq ki, 7 oktyabr 2023-cü ildən başlayaraq sionist rejimin Qəzza zolağına hücumlarından sonra Yəmən ordusu raketlər və pilotsuz uçuş aparatları ilə bu rejimə qarşı hücumlar həyata keçirib və atəşkəs elan olunana qədər işğalçı rejimlə bağlı gəmiləri və ona doğru hərəkət edən gəmiləri hədəfə alıb. 

4332695

captcha