“İQNA”, “Əl-Əhd”-ə istinadən xəbər verir ki, Hizbullah bəyanatında bildirib: “Bu xain hücum bir daha göstərdi ki, təkfirçi ideologiya – qanlı qatilləri birləşdirən və özlərindən fərqli düşünən hər kəsi kafir sayan bu azğın düşüncə – təhlükəli bir alət olaraq qalır. İstədikləri vaxt istibdad qüvvələri və dünyanın imperatorları bu ideologiyadan istifadə edərək ölkələri və cəmiyyətləri parçalayır, onların təhlükəsizliyini və sabitliyini zəiflədirlər.”
Hizbullah vurğulayıb: “Bu terror ideologiyası bir qrupu digərinə üstün tutmur; dinindən, cinsindən və ya etnik mənsubiyyətindən asılı olmayaraq haqqın qarşısında duran bütün insanları hədəfə alır.”
Bəyanatda qeyd olunub ki, bu vəziyyət bütün ərəb və islam ölkələrinin təhlükəsizlik, düşüncə, maarifləndirmə, mədəni və dini sahələrdə tam əməkdaşlığını tələb edir. Məqsəd bu cinayətkar ideologiyanı kökündən aradan qaldırmaq və qatilləri, cinayətkarları cəmiyyətlərimizdən və ölkələrimizdən uzaqlaşdırmaqdır.
Bəyanatın sonunda Hizbullah şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verib, Allah-Taaladan şəhidlərə rəhmət, yaralılara təcili şəfa, Pakistan xalqına isə əmin-amanlıq və sakitlik diləyib.
4332719