IQNA

Fələstinli bacı-qardaşın Quran müsabiqəsində uğuru

19:07 - February 09, 2026
Xəbər sayı: 3499717
İQNA – Fələstinli bacı-qardaş — Məhəmməd və Əlmi Yasir Mənsur Şərif Qüdsün şimalındakı “Bədu” bölgəsində keçirilən Quran müsabiqəsində birinci yerə layiq görülüblər.

“İQNA”-nın “Sovtul-Arab”a istinadən verdiyi xəbərə görə, bu müsabiqə yaxın günlərdə Qüdsün şimal bölgəsindəki məktəblər arasında keçirilib və Məhəmməd ilə Əlmi Yasir Mənsur yarışmada birinciliyi qazanıblar.

Bu hadisə İsrail rejiminin Qəzza və İordan çayının qərb sahilindəki təcavüzlərinin davam etdiyi bir vaxtda baş verir. Qəzza hazırda işğalçıların ağır artilleriya atəşinə məruz qalır və işğalçılar şəhərin şərqində yerləşən ət-Təffah məhəlləsinin şərq hissəsini hədəfə alıblar.

Qərb Sahilindəki yerli mənbələr bildiriblər ki, işğalçı qüvvələr Nablusun cənubunda yerləşən “Asira əl-Qibliyyə” kəndində Əhməd Yəhya Saleh və İbrahim Saleh adlı iki gəncin evinə basqın edərək onları həbs ediblər.

Digər tərəfdən, müharibənin və İsrail rejiminin hücumlarının davam etməsinə baxmayaraq, Qəzza əhalisi hələ də Quran hifzi və xətm halqalarında fəal iştirak edir.

Qəzza zolağına qarşı hücumlar başlamazdan əvvəl bölgədə 55 min qadın və kişi Quran hafizi yaşayırdı; lakin bu hücumlar nəticəsində Quran hafizlərinin böyük bir qismi şəhid olub.

4333005

Teqlər: fələstin ، quran ، müsabiqə ، qüds
captcha