“İQNA”-nın “Əl-Fərat Nyuz”-a istinadən verdiyi məlumata görə, məlumatlı bir mənbə Ayətullahül-uzma Seyyid Əli Sistani ilə görüş cədvəlinin yeniləndiyini bildirib.
Mənbə əlavə edib ki, Ayətullah Sistani ilə görüş üçün yeni yenilənmiş proqram açıqlanıb.
Buna əsasən, ziyarətçilər hər həftə cümə, şənbə, bazar ertəsi və çərşənbə günləri Nəcəfül-əşrəfdə Ayətullah Sistani ilə görüşə bilərlər.
Mənbə davam edərək bildirib ki, görüş üçün növbə məğrib namazından sonra axşam saatlarında rezerv edilir və görüş ertəsi gün səhər həyata keçirilir.
Mənbə sonda belə deyib:
“Allahdan istəyirik ki, sizə bu böyük alimlə görüşmək nəsib olsun və onun hüzurunda oturmaq şərəfini sizə bəxş etsin.”
4335253