IQNA

Misir qariləri ölkələrin Ramazan məclislərinin qonaqları

17:58 - February 21, 2026
Xəbər sayı: 3499791
İQNA – Misirin Vəqflər Nazirliyi Ramazan gecələrinin ihyası üçün 22 ölkəyə qarilər və imamların göndərilməsi ilə bağlı 90 qərar çıxarıb.

“İQNA”-nın “Sədyul-Bələd”ə istinadən verdiyi məlumata görə, Misir Vəqflər Nazirliyi 1447-ci hicri / 2026-cı il Ramazan ayında müxtəlif qitələrdə yerləşən 22 ölkədə namazların qılınması və dini mərasimlərin keçirilməsi üçün 90 xarici ezamiyyət əmri verib.

Bu qərarlar Ramazan mərasimlərində iştirak etmək, dərs və mühazirələr təqdim etmək, İslam haqqında yanlış təsəvvürləri düzəltməyə yönəlmiş proqramlar icra etmək üçün 48 imam və 42 Quran qarisinin göndərilməsini əhatə edir. Bu təşəbbüs Misirin İslama xidmət və orta yolçu yanaşmanı yaymaqda oynadığı mühüm rolu göstərir.

Bu addım Misir Vəqflər Nazirliyinin təbliğ və beynəlxalq missiyası çərçivəsində həyata keçirilir və xaricdəki müsəlman icmalarının ehtiyaclarını qarşılamaq, dini və mədəni bağları gücləndirmək, İslamın tolerant obrazını möhkəmləndirmək və Misirin dini nüfuzunu beynəlxalq səviyyədə artırmaq məqsədi daşıyır.

Misir Vəqflər Nazirliyi hər il Ramazan ayında qariləri və təbliğçiləri müxtəlif ölkələrə göndərir və Misir qarilərinin tilavətləri dünyanın dörd bir yanındakı Ramazan məclislərində böyük rəğbətlə qarşılanır.

Xaricə ezam olunmaq istəyən namizədlər müəyyən ümumi şərtləri yerinə yetirməlidirlər. Bunlara yaşayış sənədlərinin təqdim edilməsi, Qarilər İttifaqına üzvlük və ya radio–televiziyada iştirak, yazılı və şifahi imtahanlardan uğurla keçmək, həmçinin təmiz keçmişi təsdiqləyən sənədlər daxildir.

4334945

Teqlər: misir ، qari ، quran ، ramazan ayı
captcha