IQNA

Qüdsdə bir radikal sionist tərəfindən Qurani-Kərimə hörmətsizlik

18:12 - February 21, 2026
Xəbər sayı: 3499793
İQNA – İsrailli bir ekstremist işğal altındakı Qüds şəhərində Qurani-Kərimin bir nüsxəsini yandırıb.

“İQNA”-nın “əş-Şuruq”-a istinadən verdiyi məlumata görə, sosial şəbəkələr çərşənbə günü bir videonu yayımlayıb. Videoda israilli bir radikalın Qüds şəhərində Qurani-Kərim nüsxəsini yandırdığı görünür.

Ərəb Knesset üzvü Əhməd Tibi bu videonu öz rəsmi Facebook səhifəsində paylaşaraq bildirib ki, həmin şəxs yəhudi olduğu üçün cəzalandırılmayacaq.

Hadisə çərşənbə günü səhər saatlarında onlarla məskunlaşmış yəhudi kolonistinin İsrail işğal qüvvələrinin müşayiəti ilə Məscidül-Əqsanın həyətlərinə hücum etdiyi vaxt baş verib.

Qüds valiliyi bildirib ki, məskunlaşanlar Məscidül-Əqsanın həyətlərində təxribat xarakterli talmud ayinləri icra ediblər və hücum zamanı bir qrup kolonist rəqs edib və birlikdə mahnı oxuyub.

Məscidül-Əqsaya edilən bu hücum, işğal qüvvələrinin dəstəyi ilə kolonistlərin təkrarlanan basqınlarının bir hissəsidir və məqsəd məscidin sahələrində talmud ayinləri icra etməkdir. Bu həm də işğalçıların xüsusilə Qüdsün köhnə şəhəri və Məscidül-Əqsa ətrafında yeni bir reallıq yaratmaq cəhdlərinin tərkib hissəsidir.

İşğal altındakı Qüdsdə fələstinlilər tez-tez bu hücumlar zamanı təzyiq və zorakılığa məruz qalırlar; buna namazqılanlara fiziki hücumlar və məscidə giriş-çıxış məhdudiyyətləri də daxildir.

4335088

captcha