IQNA

Ayətullahahul-üzma Sistaninin İnqilab Rəhbərinin şəhadəti ilə bağlı mesajı

12:25 - March 02, 2026
Xəbər sayı: 3499851
İQNA – Ayətullahahul-üzma Sistani İnqilab Rəhbərinin şəhadəti ilə bağlı başsağlığı verib və deyib: “Düşmənlər o cənabı şəhid etməklə və geniş hərbi təcavüzlə əziz İrana zərbə vurmaq istəyir”.

“İQNA”, xəbər verir ki, mesajın mənası belədir:

Bismillahir-Rəhmanir-Rəhim

(Allah tərfindənik və Ona tərəf qayıdacayıq)

Dərin hüznlə İslam respublikasının böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin şəhadətini İranın şərafətli xalqına və bütün dünya müsəlmanlarına başsağlığı verirəm.

O böyük şəxsiyyətin uca məqamı və uzun illər boyu İslam respublikasının rəhbərliyindəki özünə məxsus rolu hamıya aydındır.

Şübhəsiz, düşmənlər o cənabı şəhid etməklə və geniş hərbi təcavüzlə əziz İrana zərbə vurmaq istəyir.

Bu məntəqənin böyük xalqından intizar odur ki, bu çətin və həssas şəraitdə vəhdət və milli birliyi qoruyaraq təcavüzkarların öz mənfur hədəflərinə çatmalarına icazə verməsin.

Mütəal Allahdan bu böyük şəxsiyyət üçün uca məqam və ilahi rizvan və bütün müsibət görmüş şəxslər üçün gözəl səbir və layiqli mükafat istəyirəm.

La həvlə və la qüvvətə illa billahil-əliyyil-əzim

Ramazan ayının 11-i 1447 h.q.

Əli Hüseyni Sistani

4337508

captcha