IQNA

İraq Prezidentinin Ayətullah Seyid Müctəba Xameneiyə təbrik mesajı

4:02 - March 14, 2026
Xəbər sayı: 3499918
İQNA – İraq Prezidenti Həzrət Ayətullah Seyid Müctəba Əli Xameneiyə – İran İslam Respublikasının yeni rəhbərinə – ünvanladığı mesajda onun seçilməsini təbrik edib.

“İQNA”-nın “Əl-Suməriyyə Nyuz”a istinadən verdiyi xəbərə görə, İraq Prezidenti Əbdüllətif Camal Rəşid bu mesajında İslam İnqilabının ali rəhbərinə, eləcə də İran İslam Respublikasının hökumətinə və xalqına ən səmimi təbriklərini çatdırıb və bu mühüm məsuliyyətin icrasında ona uğurlar arzulayıb.

İraq Prezidenti mesajının davamında Həzrət Ayətullah Seyid Əli Xameneinin və bir qrup iranlı komandir, rəsmilər və vətəndaşların şəhadəti münasibətilə başsağlığı verib və Allah-Taaladan onlar üçün geniş rəhmət diləyib.

Əbdüllətif Rəşid həmçinin bu müsibətdə İran xalqı ilə həmrəy olduqlarını bildirərək ümid edib ki, qarşıdakı mərhələdə müharibənin dayanmasının və hikmətlə dialoqun üstünlük qazanmasının şahidi olacağıq; onun sözlərinə görə, bu, İran xalqına təhlükəsizlik, sabitlik və inkişaf gətirə bilər.

O, mesajının sonunda İraqın bölgədə və beynəlxalq səviyyədə qarşıdurmaların dayandırılması, gərginliklərin azaldılması, təhlükəsizlik, sülh və sabitliyin gücləndirilməsi istiqamətində bütün səyləri dəstəklədiyini vurğulayıb.

4339745

captcha