“İQNA”-nın İraq mediasına istinadən verdiyi xəbərə görə, İraq İslam Müqaviməti çərşənbə günü sübh saatlarında elan edib ki, ABŞ-ın İrana qarşı təcavüzünə cavab olaraq həyata keçirilən əməliyyatlar zamanı onlarla amerikalı hərbçi öldürülüb və yaralanıb.
Bəyanatda qeyd olunur ki, son 24 saat ərzində ABŞ düşməninin İraq və regiondakı hədəflərinə qarşı 31 PUA və raket əməliyyatı həyata keçirilib.
Müqavimət bildirir ki, müharibənin başlanmasından on ikinci günə qədər həyata keçirilən əməliyyatların ümumi sayı 291-ə çatıb və bu əməliyyatların nəticəsində 13 amerikalı məhv edilib.
İraq İslam Müqaviməti əlavə edib ki, onlarla amerikalı hərbçi də yaralanıb və yaxın zamanda daha ətraflı məlumat açıqlanacaq.
4339955