“İQNA”-nın “Nücəba” Hərəkatının media ofisinə istinadən verdiyi xəbərə görə, Şeyx Əkrəm əl-Kəbi əziz inqilab rəhbərinin xüsusiyyətlərini belə ifadə edir.
Mesajın tam mətni:
Həzrət Ayətullahül-uzma Seyid Muctəba Hüseyni Xamenei
Uca Allah İslamın şəhidinə, müdrik və uca məqamlı rəhbərə (r.ə), həmçinin Müqavimət Oxunun bütün şəhidlərinə – xüsusilə də günahsız məktəbli uşaqlara – və eləcə də ananız, möhtərəm həyat yoldaşınız, əziz bacınız, onun həyat yoldaşı və iki körpə uşağın şəhadəti münasibətilə Sizə böyük əcr və savab nəsib etsin.
Nə xoş halınıza ki, İmam Hüseynə (ə) həmrəylik göstərərək əzizlərinizi Kərbəla karvanında haqq yoluna təqdim etdiniz.
Uca Allahdan Sizə bu namərd hücumdan yaranan yaralarınız üçün tezliklə tam şəfa diləyirik və daim artan uğur, ilahi qorunma və himayə üçün dua edirik.
İllərdir ki, Sizin dərin məzmunlu çıxışlarınızı eşitdikcə — elm, mədəniyyət, maarif, İran və digər ölkələr haqqında geniş məlumat, hadisələrə dair dərin təhlil, uzaqgörənlik və gələcəyi düzgün qiymətləndirmə, İslam ümmətinin güclü və zəif nöqtələrini dəqiq müəyyənləşdirmə, çətinliklərdən çıxış yollarını göstərmə, üstəlik yüksək ictihad məqamınız və dərs xaricinizin seçilən xüsusiyyətləri — biz həmişə inanmışıq ki, Allah Sizin üçün böyük bir məqam hazırlayıb.
Lakin Allah Sizə sionist–amerikan cinayətkar rejiminin bombardmanı altında qaldığınız halda həyat bəxş edib Sizi sağ-salamat çıxardıqda, əvvəlcədən hiss etdiyimiz bu həqiqətin tam doğruluğuna əmin olduq.
Ey ən yaxşı sələflərin ən yaxşı xələfi! Siz ayağa qalxdınız ki, həm öz yaralarınıza məlhəm qoyasınız, həm də bizim qəlbimizin ağrılarını sağaldasınız və İslam ümmətini bir qələbədən digərinə aparasınız; o günə qədər ki, bayrağı İmam Zamanın (ə.f) mübarək əlinə təhvil verəsiniz.
Odur ki, Allaha təvəkkül edərək bilin ki, bütün Müqavimət Oxu — döyüşçüləri və komandirləri ilə birlikdə — necə ki, şəhid atanızın əmri altında idisə, eləcə də Sizin əmrinizi gözləyəcək. Allahın amanında olun.
4339733