“İQNA”-nın “əl-Məsirə” xəbər portalına istinadən məlumatına görə, Yəmənin paytaxtı Sənanın “əs-Səbəin” meydanı bu gün müxtəlif təbəqələrdən olan milyonlarla insanın iştirakı ilə Qüds Günü yürüşünə şahidlik edib.
Yürüş iştirakçıları Fələstinə dəstək və sionist rejimin işğalçılığını pisləyən bayraqlar daşıyaraq bildiriblər ki, Qüds İslam ümmətinin əsas məsələsi olaraq qalacaq və Fələstin xalqına yardım dini və insani bir vəzifədir.
Onlar vurğulayıblar ki, əs-Səbəin meydanındakı bu möhtəşəm iştirak Qəzza və Fələstin xalqı ilə güclü həmrəyliyin təcəssümüdür və bölgədəki Amerika–İsrail layihələrinin təhlükəsinə dair artan ictimai şüuru, həmçinin müqavimətə dəstəyin azadlığa qədər davam etdirilməsi iradəsini əks etdirir.
İstanbulda müqavimətə dəstək
Türkiyənin İstanbul şəhərindəki “Təksim” meydanı da bu gün Dünya Qüds Günü mərasiminə ev sahibliyi edib. Minlərlə Türkiyə vətəndaşı İran, Türkiyə və Hizbullah bayraqları ilə Fələstin xalqı ilə həmrəy olduqlarını bildirərək, Qüdsə və işğal altındakı Fələstin torpaqlarına qarşı sionist rejimin təcavüzlərinə qarşı durmağın vacibliyini vurğulayıblar.

Tədbir “Qüds – ümmətin mərkəzi” şüarı ilə keçirilib. İştirakçılar Fələstin bayraqları və müqavimət liderlərinin şəkillərini daşıyaraq İslam ümmətinin birliyinə və Fələstin amalına dəstək mesajları veriblər.
Yürüş iştirakçıları həmçinin Dünya Qüds Gününün təsis edilməsində İran İslam Respublikasının rolunu yüksək qiymətləndirərək bildiriblər ki, bu təşəbbüs Fələstin məsələsini azadlıqsevər xalqların yaddaşında diri saxlayıb.
Pakistanda Qüds Günü yürüşlərində İranla həmrəylik
Məlumata görə, Pakistan müsəlmanları da bu gün İran xalqı və dünya azadlıqsevərləri ilə bir səs olaraq Qüds Günü yürüşlərinə geniş şəkildə qatılıb, İmam Xomeyni (r.ə) və inqilab rəhbərləri ilə əhdlərini yeniləyib, “Ləbbeyk ya Xamenei” şüarları səsləndiriblər. Onlar Fələstinin müdafiəsinə sarsılmaz dəstəklərini və ABŞ–sionist rejiminin İrana qarşı təcavüzünə qarşı dərin nifrətlərini bəyan ediblər.

Pakistanın böyük və kiçik şəhərlərində minlərlə müqavimət tərəfdarı, Fələstinin azadlığına inanlar və İran İslam İnqilabının tərəfdarları cümə namazından sonra Qüds Günü yürüşlərinə qoşulublar. Bu yürüşlər İmam Xomeyninin tarixi çağırışına və şəhid lider Ayətullahül-uzma Xameneinin yoluna sədaqətin yenilənməsi ilə müşayiət olunub.
İslamabadda keçirilən böyük Qüds Günü toplantısı Müsəlman Birliyi Məclisi, Nəhdət‑i Bidari‑yi Ümmət‑i Mustafa (s), Cəmaat‑i İslami, Milli Həmrəylik Şurası, İmamiyyə Tələbə Təşkilatı, Şiə Alimləri Şurası və Təhriq‑i İslami partiyasının iştirakı ilə baş tutub.
Tailandda Qüds Günü yürüşü
Tailandda da Dünya Qüds Günü yürüşü Bangkokdakı sionist rejimin səfirliyi qarşısında çoxsaylı müsəlman və Fələstin tərəfdarının iştirakı ilə keçirilib.

İştirakçılar əllərində bayraqlar və etiraz plakatları tutaraq sionist rejimin Fələstin xalqına qarşı cinayətlərini pisləyiblər.
Bu aksiyada çıxış edənlər xüsusilə İran xalqına dəstəyi bu gün dünyanın diqqət mərkəzində olan mühüm məsələ kimi vurğulayıb, eyni zamanda Fələstin xalqı və müqavimət cəbhəsi ilə həmrəy olduqlarını bildiriblər.
4340543